Türkiyə XİN-dən ABŞ və İsrailin İrana hücumları ilə bağlı açıqlama

Türkiyə ABŞ və İsrailin İrana hücumlarının regional və qlobal sabitliyə təhdid yaratdığını bəyan edib.

24News.ge xəbər verir ki, məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.

Açıqlamada bildirilir ki, İsrail və ABŞ-nin İrana hücumları ilə başlayan və daha sonra İranın üçüncü ölkələrə qarşı zərbələri ilə davam edən hadisələr regionun gələcəyini və qlobal sabitliyi risk altına salır.

Türkiyə XİN tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa çağırıb.

Qurum vurğulayıb ki, regiondakı problemlər sülh yolu ilə həll edilməlidir. Türkiyə vasitəçi qismində zəruri dəstəyi göstərməyə hazır olduğunu bildirib. Nazirlik həmçinin eskalasiyadan təsirlənən ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının təhlükəsizliyinin prioritet olduğunu və bununla bağlı bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib