Türkiyədə mədəndə uçqun baş verib, ölən və yaralananlar var

Ankaranın Nallıhan rayonunda mədən ocağında uçqun baş verib.

APA-nın Türkiyə bürosu yerli KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 işçi həyatını itirib, çoxlu sayda işçi yaralanıb.

Hadisə yerinə xilasedici qruplar cəlb olunub.