UNICEF nümayəndəri: Son iki ildə 400 milyon uşaq daşqın, quraqlıq və istilərə görə məktəbə getməyib
13:39 18.11.2024
Gündəm
441
Havanın çirklənməsi, meşə yanğınları, qalıq yanacaqların istifadəsi uşaqlara zərər verir və bu zərər geri dönməzdir.
APA xəbər verir ki, bunu UNICEF-in Baş katibinin köməkçisi və icraçı direktorun tərəfdaşlıq üzrə müavini Kitty van der Heijden COP29 çərçivəsində keçirilən "Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti üzrə yüksək səviyyəli dəyirmi masa"da deyib.
O, Pakistanda, Afrikada və digər bölgələrdə uşaqların öldüyünü bildirib: "Çünki yeni doğulmuş körpələrin tərləmə qabiliyyəti olmur və isti iqlim onları məhv edir. Onlar orqan çatışmazlığından və ya isti vurmasından həyatlarını itirirlər.
Son iki ildə 400 milyon uşaq daşqınlar, quraqlıqlar və ya istilər səbəbindən məktəbə gedə bilməyib. Bu, təkcə öyrənmə nəticələrinə deyil, həm də gələcək demoqrafiya göstəricilərinə ciddi təsir edir".
O vurğulayıb ki, quraqlıq, daşqın, qasırğa kimi təbii fəlakətlərlə üzləşən uşaqların 43%-də travma sonrası stress sindromu yaranır: "Qızlar təhsili tərk edirlər. Belə olarsa, hər il 12,5 milyon qız uşağı iqlim dəyişikliyi səbəbindən məktəbi bitirə bilməyəcək. Düşünürəm ki, artıq bu problemi həll etməyin vaxtıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm