Vanqa proqnozları: 2026-da Rusiyada liderlik dəyişikliyi...

Baba Vanqaya aid olduğu iddia edilən 2026-cı il proqnozları yenidən beynəlxalq mediada müzakirə mövzusuna çevrilib.

Sherg.az xəbər verir ki, müxtəlif iddialara görə, 2026-cı ildə qlobal miqyasda genişmiqyaslı müharibə ehtimalı, iqtisadi böhran və təbii fəlakətlərin artması kimi ssenarilər ön plana çıxır. Bu iddialarda xüsusilə “Üçüncü Dünya Müharibəsi” ehtimalı vurğulanır.

Bəzi şərhlərə görə, Vanqaya aid edilən proqnozlarda böyük dövlətlərin iştirak edəcəyi və bir neçə qitəyə yayıla biləcək münaqişə ehtimalından bəhs olunur. Həmçinin ABŞ, Çin və Rusiya arasında gərginliklərin artacağı iddia edilir.

İddialara görə, 2026-cı ildə qlobal maliyyə sistemində ciddi dalğalanmalar, inflyasiyanın artması və valyutaların dəyər itirməsi kimi risklər də gündəmə gələ bilər.

Müzakirə olunan proqnozlarda güclü fırtınalar, zəlzələlər və sunamilərin artacağı, bəzi şərhlərə görə isə geniş coğrafiyanı əhatə edən ekoloji dəyişikliklərin baş verə biləcəyi də qeyd olunur.

Baba Vanqaya aid edilən 2026-cı il proqnozları arasında Rusiya ilə bağlı liderlik dəyişikliyi iddiası da yer alır.

İddialara görə, Vladimir Putinin təsir gücünün azalacağı və 2026-cı ildə ölkədə yeni siyasi liderin ön plana çıxacağı irəli sürülür.

Həmin iddialarda qeyd olunur ki, bu yeni lider beynəlxalq siyasətdə də mühüm rol oynaya biləcək gücə çevrilə bilər.

Bununla belə, bu iddiaların elmi əsasının olmadığı və əsasən populyar mədəniyyət və media şərhlərinə söykəndiyi vurğulanır.