
Vaşinqton sülh prosesində tarixi rolunu oynayacaq - AKTUAL
07:54 05.07.2023
Gündəm
408
ABŞ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına ciddi töhfələr verməkdədir
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının rəhbəri Cozef Baydenə məktub ünvanlayıb. Dövlət başçısı Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə C.Baydeni və amerikalıları təbrik edib. Məktubda qeyd olunub ki, Azərbaycanla ABŞ arasında əlaqələr dostluq və əməkdaşlıq zəminində dinamik inkişaf edərək bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Vurğulanıb ki, qlobal çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik məsələlərində fəal və səmərəli birgə iş, iqtisadi sahədə geniş spektrdə qarşılıqlı fəaliyyət ikitərəfli münasibətləri səciyyələndirən başlıca amillərdəndir. Təbrik məktubunda enerji məsələlərinə də toxunulub: "Enerji sahəsindəki əhəmiyyətli əməkdaşlığımız məmnunluq doğurur. Birləşmiş Ştatlar Azərbaycanın enerji strategiyasını bütün mərhələlərdə qətiyyətlə və davamlı şəkildə dəstəkləyib. Biz enerji təhlükəsizliyinin təmin olunmasında ölkələrimizin sıx əməkdaşlığını, reallaşdırdığımız irimiqyaslı transmilli layihələrdə ABŞ-nin hərtərəfli dəstəyini xüsusi dəyərləndiririk". Prezident diqqətə çatdırıb ki, hazırda Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əlverişli şərait formalaşıb: "Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, beynəlxalq hüququn norma və prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması prosesində ABŞ-nin səylərini yüksək qiymətləndiririk".
Məlumat üçün deyək ki, iyun ayının 27-29 tarixlərində ABŞ-nin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib. Dövlət katibi E.Blinken Vaşinqtonda baş tutan görüşlərdə sülh sazişinin bəzi maddələri üzrə razılaşmaların əldə olunduğunu deyib. Nazirlər ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla da bir araya gələrək, regional məsələləri müzakirə ediblər.
Millət vəkili Elman Nəsirli "Sherg.az"a açıqlamasında bildirib ki, dövlət başçısı İlham Əliyev ABŞ rəhbərinə ünvanladığı təbrik məktubunda iki ölkə arasında sıx əməkdaşlıq və dostluq münasibətlərinin mövcudluğunu xüsusi vurğulayıb. Deputatın sözlərinə görə, ABŞ və Azərbaycan arasında bir sıra sahələrdə ikili əlaqələr strateji əhəmiyyət kəsb edir: "Mühüm sahələrdə iki ölkə strateji tərəfdaşlardır. Enerji təhlükəsizliyi məsələsində xüsusi əməkdaşlıq edirik. ABŞ Azərbaycanın müəllifi olduğu transmilli enerji layihələrini hər zaman dəstəkləyir, bu istiqamətdə öz yardımını göstərir. Azərbaycan sözün həqiqi mənasında Avropada enerji təhlükəsizliyində müstəsna rol oynayır. Yeni, alternativ enerji mənbəyi funksiyasını həyata keçirir. Eyni zamanda dövlət başçısı beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəyə diqqət çəkir. Yeni çağırışlar fonunda qeyd edir ki, Azərbaycan ilə ABŞ arasında təhlükəsizlik məsələsində, terrorizmlə mübarizədə sıx, dinamik tərəfdaşlıq var. Bu da dünyada sülhün daha da möhkəmlənməsi mənafeyinə xidmət göstərir".

E.Nəsirli bildirib ki, ölkə rəhbəri Cənubi Qafqazda gedən proseslərə də diqqət yönəldib: "Dövlət başçısı bəyan edib ki, ABŞ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh müqaviləsinin imzalanması üçün münbit şəraitin təmin edilməsinə ciddi töhfələr verməkdədir. Rəsmi Bakı bunu alqışlayır. İnanırıq ki, Vaşinqton bundan sonra da sülh prosesində öz əhəmiyyətli rolunu oynayacaq. Çünki regionda dayanıqlı və uzunmüddətli sülhün təmin olunması bölgə dövlətləri ilə yanaşı, ABŞ-nin da maraqlarına tam uyğundur. Amerikanın Ermənistandakı səfiri Kristina Kvienin ötən gün səsləndirdiyi fikirlər təsadüfi sayılmamalıdır. Səfir faktiki olaraq qeyd etdi ki, Bakı-İrəvan arasında münasibətlərin normallaşmasının zamanı çatıb. ABŞ bu istiqamətdə real addımların atılmasının zəruriliyini vurğulayıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya