“Virusdan qorunmağın ən ideal yolu evdə qalmaqdır" - İnfeksionist həkim
Şəymən Bayramova
15:01 23.03.2020
Gündəm
919
“Covid-19 infeksiyasından qorunmağın ən önəmli 2 yolu var: əlləri tez-tez yumaq və sosial izolyasiya”.
Bu sözləri İnfeksionist həkim Vüsalə Yaşar deyib. Həkimin sözlərinə görə, virus xəstə insan asqırdıqda, öskürdükdə ifraz olunan damlaların içində 1-2 metr məsafəyə kimi çata bilər. Böyük partikullar olduğu üçün havada asılı qalmır və səthlərə çökür. Bu səbəbdən tez-tez toxunulan səthlərə toxunduqdan sonra əllərinizi yumağınız vacibdir. Əgər asqıran, öskürən insanla 1-2 metr məsafədən daha yaxında 10 dəqiqədən çox qalsanız yoluxa bilərsiniz. Ona görə də xəstələrin cərrahi maska taxmasını israrla qeyd edirik. Sağlam insanların maska taxmasına ehtiyac olmadığını vurğulayan infeksionist hesab edir ki, asqıran, öskürən, yuxarı tənəffüs yolları infeksiyaları olan insanlar ətrafa virus saçmamaq üçün maska taxmalıdır. Eyni zamanda da xəstə insana qulluq edənlər və tibb personalı. Çünki virus xəstə insanların asqırması, öskürməsi zamanı ifraz olunan damlalarin icində səthlərə çökür , havada asılı qalmır: “Virusdan qorunmağın ən önəmli yolu sosial izolyasiyaya uyğun məsafələri qorumaq, ən idealı isə evdə qalmaqdır. Siz evdə qalmaqla xəstəliyin yayılmasının qarşısını almış olursunuz.
Bildiyiniz kimi, yeni növ koronavirus (Covid-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin göstərişi və Nazirlər Kabinetinin yanında yaradılmış xüsusi qərargah xəstəliyin yayılmasının qarşısının alınması istiqamətində bir sıra silsilə şəkilli çox ciddi addımlar atıb. Bu qaydalardan biri də lazım olmadığı hallarda evdən çıxmamağa əhaliyə çağırış etməkdir. Bu ictimai fəaliyyətin yayılmasına dəstək olaraq Modern Hospital kollektivi adından biz də, öz mesajımızı verdik...
Qaydalara əməl etmək hər bir vətəndaşın vəzifə borcudur. Gəlin virusa qarşı qaydalara əməl edərək birlikdə qalib gələk!”
Şəymən
Oxşar xəbərlər
Azərbaycanın rolu artıq yalnız Cənubi Qafqazla məhdudlaşmır - Mehmet Gökhan Özçubukcu
20:53 16.09.2026
Paşinyan cəmiyyətini sülhdən başqa yolun olmadığına inandırmağa çalışır - Politoloq
19:43 16.09.2026
Xəbər lenti
Hamısına bax
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə