İranda rejim dəyişikliyi “mümkünsüz missiya”dır.
APA-nın xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın NBC News telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, milyonlarla insanın dəstəklədiyi hakimiyyəti dəyişmək mümkünsüzdür.
“Biz böyük millət və böyük sivilizasiyaya malik xalqıq, min illərdir mövcuduq. Biz özümüzü necə müdafiə etməyi bilirik və sağ qalacağıq. Başqa bir ölkənin Prezidenti, nə qədər güclü olursa-olsun, başqa bir ölkənin xalqı adından qərar vermək hüququna malik deyil”, - Əraqçi bildirib.