YAP-da ATƏT DTİHB Seçki Müşahidə Missiyasının rəhbəri ilə görüş keçirilib
15:41 15.01.2024
Gündəm
468
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yanvarın 15-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının rəhbəri Ouen Mörfi və missiyanın əsas heyətinin üzvü Dominik Houeli qəbul edib.
"Report" xəbər verir ki, qonaqları salamlayan YAP Sədrinin müavini Tahir Budaqov Azərbaycanın seçki təcrübəsi barədə ətraflı məlumat verib. O, 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkilərinin azad, şəffaf və demokratik şəraitdə baş tutacağına əminliyini ifadə edib.
Görüş imkanının yaradılmasına görə təşəkkürünü bildirən missiyanın rəhbəri Ouen Mörfi ATƏT DTİHB missiyasının tərkibi və fəaliyyəti barədə məlumat verib. O, Azərbaycandakı seçki mühitini və təşviqat kampaniyalarının gedişatını öyrənmək məqsədilə seçkilərdə iştirak edən partiyalar və namizədlərlə görüşlər keçirdiklərini söyləyib.
YAP Sədrinin müavini Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıq tədbirləri haqqında ümumi məlumat verərək istər partiyanın namizədinin qeydiyyatı üçün tələb olunan imzaların toplanması işində, istərsə də təşviqat kampaniyasında YAP fəallarının aktiv iştirak etdiklərini deyib. O, Azərbaycandakı şəffaf və ədalətli seçki mühitində bütün namizədlərə bərabər imkanların yaradıldığını diqqətə çatdırıb.
T.Budaqov ATƏT DTİHB missiyasının yekun hesabatının qərəzsiz, obyektiv olacağına ümidvar olduğunu bildirib və missiyanın fəaliyyətinə uğurlar arzulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya
Azərbaycanda bu kəndlərin adları DƏYİŞDİRİLİR
18:08 06.05.2026
Ölkə