Zahid Oruc: “Qələbəmizə müxalif olmayın!"
20:09 13.12.2024
Gündəm
475
“Bizim əsl Azadlıq meydanımız dünyəvi inqilabımızın və qəhrəmanlığımızın zirvəsi olan Şuşadır”
"Son 20 ildə məxməri, ya silahlı elə bir inqilab, dövlət çevrilişi və vətəndaş qarşıdurması olmayıb ki, bir ovuc qüvvə qeyri-sabitlik dalğasının bizim ölkəmizə də keçəcəyini iddia etməsin".
Bu barədə millət vəkili Zahid Oruc deyib. Deputat bildirib ki, 2000-ci ildə Suharto İndoneziyasından Qəddafi Liviyasına, Səddam İraqından Əsəd Suriyasına qədər hamısı Xalq Cəbhəsinin rəngli xəyallarının siyasi qibləgahı olub: "Biz dünyanı bir mərkəzdən yönləndirənlərə həsəd aparanları anlayırıq, lakin qum səhrasındakı Cümhuriyyəti dağıdanlara, min illik sivilizasiyanı din bayraqlı beynəlxalq terrorçuların əli ilə yıxanlara, Allahu-Əkbər sədalı edamçılara və milyonlarla qaçqınlar ordusuna “demokratik inqilab” deyənləri qəbul etmirik. Bizim də 1 illik hakimiyyətin sonu çadır şəhərcikləri və çiy kərpiclər məmləkəti olmuşdu. Bir vaxtlar, Bismark millətini “dəmir və qan şüarı” ilə birləşdirdi. İndi bütün dünya inqilablarının sonu qan və göz yaşlarıdır. Gürcülər çoxdandır Corc Buş küçəsindən nifrətlə keçirlər. Təkcə 90-cı illərin yox, 30 il sonrakı xəyali Cəbhə hakimiyyətinin də müasir şəkli elə Suriyadır".
Parlamentari qeyd edib ki, Ararat Mirzoyan 2 dekabrda Beynəlxalq Cinayət Məhkəməsində çıxışı zamanı bir dəfə də olsun Azərbaycanın, İlham Əliyevin adını çəkməyib: "Bizim terror mediamız və xalqsız cəbhəsizlər isə millətimizə soyqırımı yaşadanları DTX təcridxanasına gətirən lideri necə tribunala verməkdən danışırlar. Görün, indi düşmən kimdir? Adam mübarizəni ləyaqətlə aparar. 44 günlük müqəddəs müharibənin sonunda erməni təhlükəsizlik katibi baş nazirinə məktub yazır ki, bir xilas yolumuz var - Azərbaycanın əsas müxalifəti 8 noyabrı məğlubiyyət sayır. Qarabağı ermənilərə qaytarmağın yolu, Xalq Cəbhəsini hakimiyyətə gətirməkdir. Baxın, ermənilər siyasi tomoqrafiyamıza baxıb hansı planları qurur? İlham Əliyev dünyanın ən demokratik, açıq görüşlü, mərd və hələ ki, tək qalib lideridir. Əsl xalq, millət cəbhəsinin rəhbəri də odur. Qarabağ dalğasında meydana, siyasətə və prezidentliyə gələnlərin hakimiyyət yolu birdəfəlik bağlanıb. Əllərini qızdırmaq üçün bütün ölkəni yandırmağa hazır olanlar, bizi 20 faizi itirilən Gürcüstana, 30 faizi olmayan Ukraynaya, 40 faizi qalan Liviyaya niyə bənzədirlər ki? Bəlkə əksinə, məzlumiyyətə və əsarətə qarşı savaşan xalqlar azərbaycanlıları özlərinə simvol seçib torpaq, azadlıq və mənəvi bütövlük qazansınlar! Çünki 100 faiz olmuşuq! Vətən müharibəmiz etimad referendumu oldu. Sevilməyən Ali Baş Komandanla savaş qazanılmır. Bizim əsl Azadlıq meydanımız dünyəvi inqilabımızın və qəhrəmanlığımızın zirvəsi olan Şuşadır. Ona görə də İlham Əliyevin prezidentlik müddəti ərazi və siyasi bütövlük günümüzdən - 8 noyabrdan və 20 sentyabrdan hesablanmalıdır. Çünki Qalibiyyət Təqvimini və Yeni milləti yaradan Odur! Ən böyük diktatura sevimli yazıçınız Əkrəm Əylislinin dediyi xaos diktaturasıdır! Bütün siyasi qüvvələrlə qardaşlığın tək yolu var - Qələbəmizə müxalif olmayın!".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm