Zamanın uzanması ziyanımızadır
Yusif Nəzərli
05:21 26.11.2022
Gündəm
802
Separatçıların qurduğu hərbi postlar ləğv edilməlidir
"Qarabağda separatçı rejimə “humanitar yardım” adı ilə silah daşınması faktı bəllidir. Dövlət Təhlükəsizlik Xidməti rəsmisinin açıqlaması prosesin davam etdiyini yenidən gündəmə gətirdi". Bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik vurğulayıb ki, hazırda baş verənlər isə prosesin daha da təhlükəli miqyas aldığını göstərir: "Erməni qoşunların qalıqlarının çıxarılması öhdəliyi icra edilmir və belə görünür ki, xoşluqla icra edilməyəcək. Separatçı-terrorçular davamlı təxribatlar törədir. Vardanyan kartı işə düşəndən sonra qondarma “statusdan” daha çox danışmağa başlayıblar.
Bölgəyə müvəqqəti nəzarət edən Rusiya sülhməramlıları bütün bunlara nəinki şərait yaradır. Hətta təşkilatçısı rolunda çıxış edir. Sülhməramlılar hərbi yükləri Laçın dəhlizindən keçirir, separatçı-terrorçuların postlar qurmasına şərait yaradır, erməni əhalisinin Bakıya inteqrasiyasının qarşısını bütün yollarla alırlar. Zamanın uzanması Azərbaycanın ziyanınadır. Çünki geosiyasi şərtlərin dəyişməsi regiondakı proseslərə də təsir edə bilər və bu vəziyyət Bakının müəyyən addımlar atması zərurətini artırır".
Ekspertə görə, separatçıların qurduğu hərbi postlar ləğv edilməlidir:
"Qeyri-siyasi və qeyri-hərbi müstəvidə separatçı-terrorçu rejimi erməni əhalisi arasında çətinə sala biləcək addımlar atılmalıdır. Laçın dəhlizinin qeyri-humanitar məqsədlər üçün istifadə edildiyi faktının aktuallaşdırılmalı, Moskva qarşısında bu tələblər qaldırılmalıdır. İndiyə qədərki proseslər diplomatiyanın praktiki nəticələrə gətirib çıxarmadığına nümunədir".
Oxşar xəbərlər
“Daha çətin olan şimal sərhədindən başlayacağıq” - Nazir delimitasiyanın DETALLARINI AÇIQLADI
13:54 09.09.2026
Ceyhun Bayramov: Azərbaycanın iştirakı olmadan TRIPP layihəsinin icrası mümkünsüzdür
13:07 09.09.2026
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya