Zaur Darabzadə “Caspian Energy Georgia”nın sədri vəzifəsinə təyin olunub - FOTO
Yusif Nəzərli
13:43 07.09.2022
Gündəm
548
Zaur Darabzadə “Caspian Energy Georgia”nın sədri vəzifəsinə təyin olunub.
Bu barədə “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib.
Onun sözlərinə görə, Zaur Darabzadə “Caspian Energy Georgia”nın sədri kimi Gürcüstan ərazisində “Caspian Energy Club”un maraqlarını təmsil edəcək və layihələrini idarə edəcək. Bunların sırasında beynəlxalq “Caspian Energy Forum Georgia”, “Caspian Energy Award Georgia”, “Brand Award Georgia” və həmçinin Gürcüstanın bütün regionlarında B2G və B2B forumlar, “CEO Breakfast” və “CEO Lunchlar”, biznes-turlar və dairəvi masalar təşkil edəcək.
Zaur Darabzadə ona göstərilən yüksək etimada görə “Caspian Energy Club”un Ali Rəhbərliyinə minnətdarlığını bildirib. Zaur Darabzadə Azərbaycan və Gürcüstan sahibkarları arasında netvorkinqi genişləndirilməsində, ticari-iqtisadi əlaqələrin inkişafında, aktiv iştirak edib əlindən gələni edəcəyini vurğulayıb:
“Mənim yeni statusda ilk səfərim 11-14 sentyabr tarixlərində “Caspian Energy Club”un təşkilatçılığı ilə Batumi şəhərində keçiriləcək B2G forum və biznes-turlar çərçivəsində baş tutacaq.
Darabzadə Zaur Mehrab oğlu 1985-ci ildə Bakı şəhərində anadan olub.
1990-cı ildə Bakı şəhəri 18 saylı orta məktəbə daxil olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Maliyyə-İqtisad Kollecinin (AzMİK) “Mühasibat uçotu və audit” fakültəsinə qəbul olub.
Sonrakı illərdə ali təhsil almaq məqsədi ilə Ukraynanın Personalın İdarə Olunması üzrə Regionlararası Akademiyasının “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr pilləsində təhsilini davam edib. 2019-2021 ci illərdə Taras Şevçenko adına Kiyev Milli Universitetində magistr təhsilini alıb.
Azərbaycanda ilk internet radio olan “Day.Az Radio”nu yaradıb. Bundan başqa, “Day.Az Media” şirkətində (Trend.Az, Day.Az, Milli.az, Turbo.az) direktor müavini kimi çalışıb. 2012-ci ildə Bakıda “FIFA U-17” Qadınlararası Dünya Çempionatı çərçivəsində “Universal Music Group”un təşkilatçılığı ilə Azərbaycanda Cennifer Lopez, Rihanna və Şakira kimi dünya şöhrətli ulduzların “Baku Crystall Hall” səhnəsində solo-konsertlərinin marketinq direktoru olub. Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin nəzdində AVTO FM 107.7 radiosunu yaradaraq, koordinator vəzifəsində çalışıb.
2015-ci ildə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub. 2018-ci ilin yanvar ayından “CinemaPlus” kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü seçilib. 2020-ci ilin iyul ayından “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının sədri təyin olunub və bu vəzifədə bu günədək çalışır.
2022-ci ildə “Caspian Energy Club”un İdarə Heyətinin üzvü seçilib.
Bu sahədə işlədiyi müddətdə Azərbaycanın müxtəlif regionlarında kinoteatrların açılışına təşəbbüs göstərib. 2005-ci ildən başlayaraq 30-dan çox xarici ölkədə keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, forumlarda Azərbaycanı təmsil edib.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm
Daxili Qoşunların keçmiş komandanına ağır itki
13:37 12.11.2026
Hadisə
Generalın qızı hakim qarşısına çıxarılır
13:27 12.11.2026
Hadisə
Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
12:52 12.11.2026
Mədəniyyət
Valentina Matviyenko Ermənistana xəbərdarlıq etdi
12:50 12.11.2026
Dünya
Sabah 20 dərəcə isti olacaq
12:31 12.11.2026
Ekologiya