“Ermənistan Rusiya ilə müttəfiqlik münasibətləri formatından imtina edərsə, Moskva İrəvana verilən imtiyazları və mövcud əməkdaşlıq şərtlərini yenidən nəzərdən keçirə bilər”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarovanın sözlərinə görə, Rusiyanın bu məsələdəki mövqeyi açıq və ardıcıldır. Diplomat qeyd edib ki, Moskva Ermənistanın xarici siyasət istiqamətini, xüsusən də Avropa İttifaqı ilə münasibətlərin dərinləşdirilməsi prosesini diqqətlə izləyir.
Rusiya rəsmisi vurğulayıb ki, Ermənistan KTMT və Avrasiya İqtisadi Birliyi ilə bağlı mövqeyini aydınlaşdırmalıdır.