Zaxarovadan Azərbaycan açıqlaması: Bunu mümkün qədər tez istəyirik

“Rusiya hesab edir ki, Azərbaycanla mədəni-humanitar əməkdaşlığı mümkün qədər tez bərpa etmək lazımdır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Ümumiyyətlə, Moskva Azərbaycanla ikitərəfli əlaqələrin bütün spektrinin ardıcıl inkişafına sadiqdir. Bu, ölkələrimizin xalqlarının maraqlarına uyğundur. Hesab edirik ki, hazırkı fasilədən sonra mədəni-humanitar sahədə tammiqyaslı əməkdaşlığın tezliklə bərpası vacibdir. Ən yüksək səviyyə də daxil olmaqla, bir sıra təşəbbüslər müzakirə olunub”, - o bildirib.