Zaxarovadan Rumıniyaya sərt xəbərdarlıq: “Cavab gecikməyəcək”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova Rumıniyanın Rusiyanın Baş Konsulluğunu bağlaması və baş konsul Andrey Kosilini “persona non grata” elan etməsinə cavab veriləcəyini bildirib.

Sherg.az xəbər verir ki, “Rusiya baş konsulunun “persona non grata” elan olunması və Baş Konsulluğun bağlanması ilə bağlı cavab tədbirləri özünü çox gözlətməyəcək”, - deyə Zaxarova TASS agentliyinə açıqlamasında vurğulayıb.

Qeyd edək ki, Rumıniya pilotsuz uçuş aparatı insidentindən sonra Rusiyanın Konstansadakı Baş Konsulluğunu bağlamaq qərarı verdiyini açıqlamışdı.