Zelenski: Dörd nəfər həlak olub, 80 nəfər yaralanıb
Yusif Nəzərli
18:03 06.06.2025
Gündəm
318
İyunun 6-da bütün gün ərzində Ukraynanın müxtəlif rayon və şəhərlərində xilasetmə işləri davam etdirilib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Ternopil, Lutsk, Kiyev və ərtaf bölgələr, Poltava, Xmelnitski, Lvov, Odessa və Sumıda həm xilasetmə, həm də raket hücumunun fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılıb.
V.Zelenski ümumilikdə 80 nəfər yaralandığını qeyd edib: “Onların hamısına yardım göstərilib. Təəssüf ki, ölənlər var. Hazırda dörd ölüm faktı məlumdur - Kiyev və Lutskda. Dünyasını dəyişənlərin doğmalarına və yaxınlarına başsağlığı verirəm. Dağıntılar altında hələ də insanlar ola bilər.
V.Zelenski yazıb: “Kiyevdə ölənlər birinci zərbədən sonra hadisə yerinə gələn xilasedicilərdir. Təəssüf ki, onlar Rusiyanın ikinci raket zərbəsi nəticəsində həlak oldular. Danilo Skadin, Andriy Remennı və Pavlo Ezqor 18-ci Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri idi”.
Ukrayna Prezidenti Rusiyanın 400-dən çox pilotsuz təyyarədən, 40-dan çox raketdən istifadə etdiyini bildirib. O qeyd edib ki, onların böyük bir hissəsi zərərsizləşdirilsə də, hamısını məhv etmək mümkün olmayıb”.
V.Zelenski paylaşımının sonunda yenə də diplomatiya işləməli olduğunu bildirib, təhlükəsizlik təminatlarının zəruriliyini vurğulayıb. O yazıb: “Sülh bərqərar olmalıdır və bunun üçün ilkin addımlar, o cümlədən atəşkəs lazımdır. Bunu etmək və zərbələri dayandırmaq üçün Rusiyaya təzyiq göstərməliyik”.
Xatırladaq ki, dünən gecə Rusiya qüvvələri Ukraynaya bir neçə istiqamətdən raket hücumları edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alen Simonyan son sərəncamını verdi: Mükafat payladı
23:35 03.07.2026
Cənubi Qafqaz
Netanyahu Trampla ABŞ-də görüşməyə razılıq verib
21:57 03.07.2026
Dünya
Dmitri Medvedyev İranda Pezeşkianla görüşdü
21:21 03.07.2026
Region
Şərif sabah Türkiyəyə gəlir
21:00 03.07.2026
Gündəm
ABŞ-dən İrana: Keçmiş kəşfiyyatçı Monika Vitt AXTARŞDADIR
20:26 03.07.2026
Gündəm
Nazirlikdə Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
20:20 03.07.2026
Sosial
Husilər Səudiyyə Ərəbistanının qırıcılarını raket atəşinə tutub
20:13 03.07.2026
Dünya
Əhməd Cəfəroğlu haqqında monoqrafiya nəşr olunub
19:51 03.07.2026
Tarix
"iPhone 18 Pro"nun test görüntüləri sızdırılıb
19:44 03.07.2026
Texnologiya
“Fənərbaxça” Natan Akeni transfer etdiyini açıqlayıb
19:26 03.07.2026
Futbol
Ərdoğan və Meloni Türkiyə-İtaliya münasibətlərini müzakirə ediblər
19:15 03.07.2026
Gündəm
Ter Ştegen “Ayaks”a keçir
19:12 03.07.2026
Futbol
"Axios": Rusiyada təhlükəsiz ərazilər getdikcə azalır
19:04 03.07.2026
Dünya