IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında saziş imzalanıb
Yusif Nəzərli
17:15 16.10.2021
Gündəm
461
Oktyabrın 16-da Rusiyanın paytaxtı Moskvada səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyətinin sədri və BMT Ətraf Mühit Proqramının (UNEP) xöşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyacheslav Fetisov arasında görüş keçirilib.
“Report” xəbər verir ki, görüş çərçivəsində IDEA İctimai Birliyi ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Niyyət Sazişi imzalanıb.
Saziş ekologiya və dayanıqlı inkişaf sahəsində təhsil və maarifləndirmə, gənclərlə iş və onların ekoloji problemlərin həllinə cəlb edilməsi və s. istiqamətlərdə birgə səy və layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Söhbət zamanı tərəflər təbiətin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizə üzrə ölkələrimizdə və beynəlxalq səviyyədə birgə təşəbbüslərin uğurla həyata keçiriləcəyinə əminlik ifadə ediblər.
Həmçinin, yaxın vaxtlarda Qlazqoda keçiriləcək BMT-nin iqlim konfransı ilə bağlı ümid və gözləntilər, eləcə də qlobal istiləşmə ilə mübarizə sahəsində birgə fəaliyyət və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı video paylaşılıb
17:11 21.11.2026
Bakı Asiyaya doğru böyük addım atır: Vyetnamla əməkdaşlığın yeni mərhələsi başlayır - ŞƏRH
16:25 21.11.2026
Xəbər lenti
Hamısına bax
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya
Avropa Jurnalistlər Federasiyası Paşinyanı sərt tənqid etdi
16:08 21.11.2026
Siyasət
Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
15:44 21.11.2026
Ekologiya
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
15:35 21.11.2026
Gündəm
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
15:05 21.11.2026
Region
Şapka udan məşhur begemot Fiona öldü
14:57 21.11.2026
Hadisə
Krivoy-Roqa hava hücumu nəticəsində ölənlər və yaralananlar var
14:41 21.11.2026
Dünya
Şəkidə küçə iti 4 yaşlı qızı dişləyib
14:28 21.11.2026
Hadisə