“Enerji böhranına səbəb olan şoklara tab gətirmək üçün karbohidrogenlər saxlanmalıdır”
Yusif Nəzərli
15:58 16.11.2021
İqtisadiyyat
772
“Azərbaycanın "yaşıl" enerji siyasəti ilə bağlı aydın baxışı, məqsədi və vəzifələri var”.
“Report” xəbər verir ki, bunu Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) energetika nazirlərinin 23-cü görüşündə çıxışı zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, Azərbaycan enerji keçidi ilə bağlı çağırışları və məqsədləri dəstəkləyir:
“Biz "yaşıl" enerji texnologiyalarını, hidrogenlə əlaqəli fəaliyyətləri və müxtəlif enerji növləri arasında bərpa olunan enerjinin mövqeyini gücləndirmək səylərini dəstəkləyirik. Bu sahələr "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in mühüm tərkib hissələridir.
Azərbaycan bu yaxınlarda Paris Sazişi çərçivəsində başa çatmış COP26 konfransında bu məqsədlərə sadiqliyini bir daha bəyan etdi. Eyni zamanda, ölkəmiz bütün yumşaldıcı təsirləri ilə birlikdə təbii qaz ölkəsinə çevrilməyi nəzərdə tutan siyasətləri çoxdan həyata keçirir".
Nazir hesab edir ki, hazırkı enerji böhranı şəraitində enerji mənbələrinin şaxələndirilməsi olmadan dayanıqlı enerji təchizatı mümkün deyil və enerji resurslarının müxtəlifliyi həmişə olduğu kimi, indi və gələcəkdə enerji bazarında sabitliyin təminatıdır: "Enerji böhranlarına səbəb olan şoklara tab gətirmək üçün enerji qarışığında karbohidrogenlərin saxlanmasının həyati əhəmiyyət kəsb etdiyini düşünürük”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Naftalanda 3 məktəblini maşın vurub - YENİLƏNİB
22:54 20.11.2026
Hadisə
Hörmüz boğazından çıxan tanker vurulub
21:47 20.11.2026
Dünya
"Sabah" "Sumqayıt"ı darmadağın etdi
21:35 20.11.2026
Futbol
Danimarka Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
21:23 20.11.2026
Dünya
Estoniya diplomatı Rusiya XİN-ə çağırıldı
20:40 20.11.2026
Aktual
Bakıda Cənubi Koreyanın milli bayramı qeyd edildi
20:25 20.11.2026
Siyasət
KİV: ABŞ və İsrail İrana yeni zərbələr endirməyə hazırlaşır
20:17 20.11.2026
Gündəm
Britaniya Rusiyaya və Çinə qarşı kiberəməliyyatlar həyata keçirir
20:04 20.11.2026
Dünya
Bakı metrosunda texniki xəta baş verdi - Qatarlar gecikdi
19:47 20.11.2026
Hadisə
İŞİD-ə qoşulmuş şəxslər saxlanılaraq Azərbaycana gətirildi
19:10 20.11.2026
Hadisə
Taksi sürücüləri üçün növbəti imtahanın tarixi açıqlandı
18:53 20.11.2026
Sosial
Fransanın keçmiş baş naziri prezident seçkilərinə qatılacaq
18:48 20.11.2026
Dünya
Naftalanda 3 məktəblini maşın vurub
18:37 20.11.2026
Hadisə
Pul yoxdur, xalq etiraz edir - Pezeşkian
18:24 20.11.2026
Dünya