Qazaxıstanda gəlirlər bərabər bölüşdürülməyib
Yusif Nəzərli
12:05 20.01.2022
Siyasət
956
Ölkənin indiki halı məhz Nazarbayevin “əl işidir”
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin 225 nəfərin ölümü ilə nəticələnən etiraz aksiyalarından xeyli sonra xalqa müraciəti birmənalı qarşılanmayıb. Nazarbayevin müraciətini analiz edən siyasilər sabiq rəhbərin gecikmiş açıqlamasını müxtəlif aspektlərdə şərh ediblər. Bir qisim politoloqlar Nazarbayevin əvvəlcədən proseslərin içində olduğunu, olayları kənardan yönləndirdiyini iddia ediblər. Digər qisim isə iddia edib ki, Nazarbayevin çıxışı montaj olunub, nitqi qayçılanıb. Həttə “elbaşı”nın məcburən danışdırıldığını söyləyənlər də çıxıb.
Nazarbayevin çıxışı ilə bağlı söz-söhbəti dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə deyib ki, Nazarbayev dövlət idarəçiliyindəki yeganə rəsmi postunu - Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsini itirib. Onun sözlərinə görə, Nazarbayev indi sadəcə “Elbası”dır: “Kasım-Jomart Tokayev Şuraya özünü rəhbər təyin edib. Nazarbayev 2019-cu ildə ona prezidentliyini, 2021-ci ildə isə Qazaxıstan Xalqları Assambleyasının sədri və hakim "Nur Otan" Partiyasının rəhbəri vəzifələrini təhvil vermişdi.
Amma “Elbası” titulu məsuliyyət yaradır və ona görə də hazırda baş verənləri ölkədə hamı Nazarbayevlə, onun ailəsi və yaxın çevrəsiylə əlaqələndirir. Aksiya iştirakçıları “Qoca, get!” şüarını səsləndirdilər, heykəllərini aşırdılar. Çünki Qazaxıstanın indiki halı məhz Nazarbayevin “əl işidir”. Hazırda Qazaxıstan böyük ərazisi və ambisiyaları, az sayda əhalisi, region və dünya siyasətinə ondan da az təsiri olan xammal ölkəsidir. Nazarbayev uzun illər boyu xalqa çiçəklənmə vəd edirdi, amma əldə olunmuş uğurlar o qədər də çox deyil. Ötən illər ərzində iqtisadiyyat böyüməyə davam edib, ancaq gəlirlər bərabər bölüşdürülməyib.
Dəyişikliklərin qaçılmaz olduğunu ekspertlər hələ bir neçə il əvvəl vurğulayırdılar. Nazarbayev prezident kürsüsünü qəfildən Tokayevə güzəştə gedəndə bəziləri varisi “sosial kamikadze” adlandırmışdılar. İndi Nazarbayevin ara sakitləşəndən sonra ortaya çıxması eyni taktikanı gündəmə gətirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni rektoru kollektivə nazir təqdim etdi
17:19 19.11.2026
Elm və Təhsil
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəlib
17:15 19.11.2026
Gündəm
Tramp: Tarix yazırıq, Ukraynanı da müzakirə edəcəyik
16:46 19.11.2026
Dünya
Türkiyədə yeddi bələdiyyə sədri AKP-yə qoşuldu
16:22 19.11.2026
Dünya
Riyaziyyat dərsliklərinin ictimai müzakirəsi keçirilib
16:12 19.11.2026
Elm və Təhsil
Paşinyan dekabrın 3-də Moskvada Putinlə görüşəcək
16:07 19.11.2026
Region
DİM-in yeni sədri o olacaq?
15:40 19.11.2026
Elm və Təhsil
Hörmüz boğazında üç neft tankerində yanğın baş verib
14:42 19.11.2026
Dünya
Xəzərsahili qanunsuz obyektlər söküləcək?
14:40 19.11.2026
Sosial
Tbilisidə partlayış: 7 nəfər dağıntılar altında qalıb
14:38 19.11.2026
Hadisə
Tofiq Zülfüqarov: “Dünya əvvəlki qaydalara qayıtmayacaq”
14:17 19.11.2026
Gündəm
BDU-nun müəllimi rektorun qurbanı olub? - Xanımı danışdı
14:09 19.11.2026
Elm və Təhsil
AzTV dəyişikliklərlə bağlı yayılan iddialara münasibət bildirib
13:52 19.11.2026
Media
Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
13:37 19.11.2026
Gündəm
Keçmiş vəkil Namizəd Səfərova cəza istənilib
13:34 19.11.2026
Cəmiyyət