Proqnozlar özünü doğrultdu! - " Növbəti aylarda..."
Yusif Nəzərli
05:01 04.08.2022
İqtisadiyyat
554
Qlobal sanksiyalar artıq Rusiya iqtisadiyyatına təsir etməkdədir. Şimal qonşumuzda bu ilin ikinci rübündə Ümumi Daxili Məhsul 4.3 faiz azalıb. Rusiya Mərkəzi Bankının proqnozuna görə, üçüncü rübdə sanksiyalara məruz qalan iqtisadiyyat daha 7 faiz kiçiləcək. Bir ay öncə rəsmi məzənnədə dollara nisbətən kursu 57 rubl olan Rusiya valyutası 7 faizə yaxın dəyər itirib. Hətta rəsmi kursda da belə rublun ucuzlaşmasının qarşısını almaq mümkün olmayıb. Rusiyanın enerji gəlirlərində hələlik kəskin azalmalar olmasa da investisiyanın ölkəni tərk etməsi real sektora təsirsiz ötüşmür.
Millət vəkili Vüqar Bayramov 'Sherg.az"a deyib ki, bəzi sanksiyalar əvvəl bağlanmış müqavilələr səbəbindən bu ayın sonunda qüvvəyə minəcək. Bu isə o deməkdir ki, növbəti aylarda Rusiya iqtisadiyyatında daha çox geriləmələr müşahidə olunacaq. Məhz rəsmi proqnozlar da bunu təsdiq edir: “Eyni zamanda, Avropa İttifaqı Rusiyadan neft alışını ilin sonunadək 92 faiz azaltmaq niyyətindədir. Mavi qaz verilməsində çətinliklər dərinləşir. Bu isə Rusiyaya daxil olan valyutanın həcminə təsir göstərəcək. Payızda idxalın artması fonunda yenidən xarici valyutaya tələbin yüksələcəyi gözlənilir. Bu isə təbii ki, rublun məzənnəsinə təsirsiz ötüşmür.
Öncədən proqnozlaşdırıldığı kimi, sanksiyaların Rusiya iqtisadiyyatına təsirləri qısa deyil, daha çox orta və uzunmüddətli dövr üçün dəyərləndirilir. Dünya iqtisadiyyatında da resessiya meyilləri güclənməkdədir. Qlobal proqnozlara neqativ dürüstləşmələr edilir. Bu arada isə Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoymaqdadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət