Ermənistanın başının üzərini qara buludlar alıb
Yusif Nəzərli
05:34 05.08.2022
Siyasət
502
ABŞ-ın İrəvana terror xəbərdarlığı iki məqsəd daşıya bilər
Birincisi, həqiqətən də Ermənistanda bu cür potensial teraktlar gözləniləndir. Paşinyanı devirmək üçün bu üsullardan istifadə edə bilərlər
Ermənistanda terror həyəcanı yaşanıb. Ölkənin güc strukturlarına “Zvartnots” hava limanı, metroda və meriyaya partlayıcı qurğuların yerləşdirilməsi barədə məlumat daxil olub. Araşdırmalardan sonra heç bir partlayıcı qurğu aşkar edilməyib. Bundan sonra ABŞ-ın İrəvandakı səfirliyi Ermənistanda olan Amerika vətəndaşlarına xəbərdarlıq edib. Səfirlik vətəndaşların təhlükəsizlik məqsədilə müəyyən ərazilərdən uzaq durmağı məsləhət bilib: “Söhbət avqustun 2-də Ermənistan Fövqəladə Hallar Nazirliyinə bir neçə strateji obyektdə partlayıcı qurğuların olması ilə bağlı məlumatın daxil olmasından gedir. Bunlar “Zvartnots” hava limanı, İrəvan metrosunun stansiyaları, İrəvan meriyası və Ermənistan parlamentinin binalarıdır”. Səfirlik ABŞ vətəndaşlarını yerli medianı izləməyə, izdihamlı yerlərdən qaçmağa, dostlar və digər amerikalı ailələrə məlum təhlükəsizlik tədbirləri barədə məlumat verməyə çağırıb.
Politoloq Turab Rzayev “Şərq”ə bildirib ki, ABŞ-ın bənzər xəbərdarlıqları ilk dəfə gündəmə gəlmir. Analitik bildirib ki, Azərbaycan hərbi əməliyyatlara başlamazdan qabaq, eləcə də Rusiya-Ukrayna savaşından öncə ABŞ terror xəbərdarlıqları etmişdi:
“Amerika və Böyük Britaniyanın belə məqamlarda öz vətəndaşlarına çağırış etməsi göstərir ki, bu ölkələrin kəşfiyyatları bölgədəki prosesləri diqqətlə izləyirlər. Hansısa təhlükə sezdikdə, terror, yaxud silahlı insidentlərə qarşı öz insanlarını xəbərdar edirlər. Bu xəbərdarlıq iki məqsəd daşıya bilər. Birincisi, həqiqətən də Ermənistanda bu cür potensial teraktlar gözləniləndir. Heç bir halda hakimiyyəti təhvil vermək istəməyən Baş nazir Nikol Paşinyana keçmiş KQB metodlarından istifadə edə bilərlər. Əgər paytaxtda irimiqyaslı, ictimai təlatüm yaradacaq, böyük çaxnaşmaya səbəb olacaq partlayış tödərilərsə, bunu əlində əsas edənlər baş naziri istefaya səsləyəcəklər. Rusiya Prezidenti V.Putin 2000-ci illərdə məhz bu üsullarla hakimiyyətə gəlməyə çalışmışdı. Orta Asiya ölkələrində də belə metodlardan zaman-zaman istifadə olunub.
ABŞ səfirliyinin xəbərdarlığı qarşı tərəfə mesaj, ismarıc da ola bilər: “Amerika açıq şəkildə bildirir ki, Rusiya dəstəkli cinayətkar qruplaşmanın – “Qarabağ klanı” üzvlərinin törədə biləcəyi terror hadisələrindən xəbərdardır. Yəni ABŞ-ın xəbərdarlığı Rusiyanı və onların himayəsində olan qatillər dəstəsini öz əməllərindən çəkindirmək məqsədi də daşıya bilər. Ən azından vurğulayırlar ki, Paşinyanın bu üsulla devrilməsinə imkan verməyəcəklər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət