Prezident Türkiyədə! – “Tarixi, siyasi və strateji mənada zəruridir”
Yusif Nəzərli
13:00 09.08.2022
Aktual
645
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Türkiyəyə işgüzar səfərə gediblər. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Konya şəhərinin Hava Limanında dövlət başçımızın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İ.Əliyev və M.Əliyevanı Türkiyənin Gənclər və İdman naziri Mehmet Kasapoğlu, Konya şəhərinin valisi Vahdettin Özkan və digər rəsmi şəxslər qarşılayıblar.Azərbaycan lideri fəxri qarovul dəstəsini salamlayıb.Ölkə rəhbəri və Birinci vitse-prezident Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında dövlətimizi təmsil edən idmançılarla görüşüblər.
Səfəri yüksək qiymətləndirən millət vəkili Ramil Həsən "Sherg.az"a Azərbaycan və Türkiyənin artıq yüz illərdir, çiyin-çiyinə həm dar, həm də xoş günlərdə bir-birinə dəstək olduğunu deyib. Millət vəkili həmçinin bildirib ki, eyni millətə mənsub olan iki qardaş dövlət mövcudiyyətini sürdürməkdədir:
"Şübhəsiz ki, bu gün iki dost dövlətin liderinin görüşməsi, ölkə başçısı Cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın birgə Türkiyə Cümhuriyyətinə müttəfiqlik münasibətlərimizin, Şuşa Bəyannaməsinin birinci ildönümünün də tamamlanmış olduğu ilin avqust ayında səfər etmələri mühüm əhəmiyyət kəsb edir. Həmçinin qardaş ölkədə İslam Həmrəyliyi Oyunları mərasimində iştirak etmək üçün Konya səfəri vacib məqamdır.
Bildiyimiz kimi, Konya tarixi Səlcuq imperatorluğunun paytaxtı rolunu oynayan xüsusi bir şəhərdir. Düşünürəm ki, səfər çərçivəsində Rəcəb Tayyib Ərdoğanla bir araya gələcək olan Cənab prezidentimiz və xanımının iştirakı ilə Azərbaycan və Türkiyənin birliyini, bərabərliyini özündə ehtiva edən çox mühüm məsələlərə toxunulacaq, müzakirələr aparılacaq. Bu baxımdan da görüşün əhəmiyyəti həm tarixi, həm siyasi, həm də strateji mənada zəruridir.
Türkiyə 44 günlük İkinci Qarabağ savaşında Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və müdafiə edilməsi istiqamətində öz dəstəyini əsirgəməyib. Bu dostluğun, iki ölkənin gələcək inkişafı trayektoriyasında da önəmli yer tutan anlarla yadda qalacağına əminliyimi ifadə etmək istəyirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı