Bütün məsuliyyət Britaniya hökumətinin üzərindədir
Yusif Nəzərli
05:32 10.08.2022
Aktual
511
Səfirlik əməkdaşları təlimatlarda nəzərdə tutulan çərçivədə hərəkət ediblər
Sülhəddin Əkbər: "Terror və təxribat riskləri varsa, Azərbaycan hökuməti özü daxili təhlükəsizlik tədbirlərini artırmalıdır: “Dünyanın aparıcı və böyük ölkələrinin səfirliklərində ciddi təhlükəsizlik önləmləri alınır"
Böyük Britaniyadakı səfirimiz Elin Süleymanov Londonda Azərbaycan səfirliyinə edilən hücumla bağlı bir sıra məqamlara aydınlıq gətirib. Səfir bildirib ki, hadisə zamanı səfirliyin əməkdaşlarının əksəriyyəti məzuniyyətdə olub. Həmin anda səfirlikdə yalnız 4 nəfər şəxs çalışırdı. Hücum vaxtı isə 3 nəfər səfirlik binasında idi, bunlardan biri xanım əməkdaş olub: “Mən özüm Bakıda idim. Hadisə baş verəndən sonra müvafiq görüşlər keçirən kimi dərhal Londona qayıtmışam”. Elin Süleymanov səfirlik nümayəndələrinin qınanılmasına da münasibət bildirib. Deyib ki, səfirlik əməkdaşları bütün təhlükəsizlik protokollarına riayət etməlidir. Həmin protokollar belə bir hücum qarşısında hansısa təmas və ya qarşıdurma yaratmaqdan çəkinməyə çağırır: “Üç nəfər diplomatımız səfirlik binasını tərk etmədən böyük bir kütləyə qarşı durub. Səfirlikdə olan vacib sənədləri qoruyub və bir saata yaxın binadan çıxmayıblar. Yəni onlar təhlükəsizlik protokoluna uyğun davranıblar. Əsas prioritet odur ki, vətəndaşlarımız, diplomatik heyətimiz heç bir xəsarət almasın, onlara ziyan dəyməsin”. Səfir qeyd edib ki, Britaniya polisinin olaya reaksiyası onu qane etməyib: “Ümumiyyətlə, diplomatik missiyaların təhlükəsizliyi sahəsində Londonda boşluqlar var. Bu narahatlığı istər Britaniya Xarici İşlər Nazirliyi, istərsə də London polisinə bildirmişik”.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq nazir müavini Sülhəddin Əkbər “Şərq”ə bildirib ki, diplomatlar təlimatlarda nəzərdə tutulan çərçivədə hərəkət ediblər. Onun sözlərinə görə, burada əsas vəzifə səfirliyimizin təhlükəsizliyinə cavabdehlik daşıyan ölkənin üzərinə düşür:
“Söhbət Böyük Britaniyadan gedir. Əsas tələb Böyük Britaniyanın müvafiq qurumlarından olmalıdır. Əlimizdə hər hansı video-görüntü yoxdur ki, səfirliyimizin əməkdaşlarının da hərəkətlərinə dair fikir yürüdək. Əgər həqiqətən də səfirin dediyi kimi orada cəmi 3 nəfər diplomat olubsa, o cür hallarda təlimata uyğun davranmalıdırlar. Səfirlik əməkdaşlarının vəzifəsi təhlükəsizliyi təmin etmək deyil. Hadisənin mahiyyətini ancaq istintaq yolu ilə çözmək mümkündür. Araşdırma, təhqiqat aparmadan kənardan baxmaqla hansısa fikir yürütmək qeyri-ciddi yanaşma olardı. Baş vermiş olay ciddi araşdırılmalı, nəticə çıxarılmalıdır. Həmin nəticələr əsasında da həm London, həm də Bakı müvafiq addımlar atmalıdır ki, gələcəkdə belə hallar təkrarlanmasın”.
S.Əkbər vurğulayıb ki, terror və təxribat riskləri varsa, Azərbaycan hökuməti özü daxili təhlükəsizlik tədbirlərini artırmalıdır:
“Dünyanın aparıcı və böyük ölkələrinin səfirliklərində ciddi təhlükəsizlik önləmləri alınır. ABŞ və İsrailin təcrübəsi öyrənilməlidir. Bilmirəm, Azərbaycanın diplomatik nümayəndələrinin qorunması üçün hökumət tərəfindən hansısa addım atılır, yoxsa yox. Əgər indiyədək heç bir addım atılmayıbsa, bundan sonra risklər mütləq nəzərə alınmalıdır. Məsələn, hansı ölkədə terror və təxribat təhlükəsi yüksəkdirsə, həmin yerdəki ABŞ səfirliyinin qorunmasına “dəniz piyadaları” qüvvələri cəlb olunur. Səfirlikdə kəşfiyyat, təhlükəsizlik xidməti və hərbi mühafizə qüvvələri olur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı