MM-də sərhəddə xidmət edən hərbçilərin maaşının 50 faiz qaldırılması təklif olundu
MM-də sərhəddə xidmət edən hərbçilərin maaşının 50 faiz qaldırılması təklif olundu
Yusif Nəzərli
09:07 17.11.2022
Cəmiyyət
515
“Hökumət hərbi-təhlükəsizlik, “Böyük Qayıdış” və çörəklə təminatı növbəti ilin bir nömrəli məsələsi elan edə bilər. Gələn ilin büdcə layihəsi Vətən müharibəsində qələbəmizi möhkəmləndirir, Murovdan Arazadək 400 km-dən artıq sərhəddə güclü hərbi müdafiə sistemi qurmağa, müharibə provokasiyalarına qarşı ordunu gücləndirməyə imkan verir.
Təklif edirik ki, yeni qazandığımız və hələ delimitasiya edilməyən sərhədlərdə hərbi mövqe tutan zabit və əsgərlərin ödənişləri indiki kimi 20 faiz deyil, 50 faizə qədər artırılsın. Bundan ötrü 100 milyonlara ehtiyac yoxdur, lakin nəticə təhlükəsizliyimiz üçün önəmlidir”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib.
O bildirib ki, Prezidentin imzaladığı “Böyük Qayıdış”a dair 1-ci dövlət proqramı tarixi qərardır:
“16 noyabr 2022-ci il tarixi müstəqilliyimizin 30 ilində Qələbə təqviminin növbəti parlaq günüdür. Təklif edirik ki, 19 iyul 2022-ci ildə Ağalıdan başlanan yurda dönüş Böyük Qayıdış Günü kimi rəsmiləşdirilsin və dövlət protokoluna daxil edilsin. Bununla bərabər, hökumət Xankəndi və ətraf üç bölgədə yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə dönüşü və birgəyaşayışına dair planlarını açıq elan etməlidir. Nikol Paşinyan Azərbaycanda qalan ermənilərin gələcək məhvini iddia edir. Halbuki hökumət Sərsəng su qovşağında uğurlu çalışma nümunəsini genişləndirə, vətəndaşlıq statusu verəcəyi ermənilərin hüquqi təminatlarına aid proqramlarını bəyan edə bilər”.
O bildirib ki, doğma yurdlarına dönən yüzminlərlə insan içərisində çilingər, qaynaqçı, dülgər, elektrik, qaz ustası, traktorçu və digər peşələrə yiyələnən ixtisaslı əmək ordusu gərəkdir:
“Xatırladaq ki, azad olunan yeddi rayon və Şuşa əhalisinin 360 min nəfəri iqtisadi fəaldır, 40 min nəfəri ali təhsillidir, 10 min nəfərinin isə heç bir təhsili yoxdur. Gələcəkdə ərzaq və çörək böhranına qarşı ən təsirli tədbir budur. Peşə məktəblərimiz silahlı qüvvələr kimi xüsusi təyinatlı inşaat batalyonları yaratmalıdır”, - deyə Z.Oruc qeyd edib.
Deputat əlavə edib ki, son 10 ildə Azərbaycanda 0-19 yaş qrupu üzrə əhalinin sayında 2%-dək azalma, 60 yaşdan yuxarı əhalinin sayında 65% artım var:
“Əhalinin demoqrafik qocalması baş verir. Ona görə də “Böyük Qayıdış”ı həm də demoqrafik artıma çevirməkdən ötrü azad torpaqlarda doğulan uşaqlara yeni dövlət ödənişləri - Qələbə müavinətlərinin verilməsi təkcə sosial deyil, həmçinin mühüm siyasi qərar olardı. Dayanıqlı məskunlaşma, böyük ailələrin gələcək daxili miqrasiyasının qarşısının alınması hökumətin qərarlarından asılıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropanın enerji xəritəsində Azərbaycanın çəkisi artır - ŞƏRH
20:20 13.11.2026
Gündəm
Azərbaycanda kirayə qiymətləri 6 %-ə yaxın artıb
20:07 13.11.2026
Sosial
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət