Rusiya “oyundan kənar” vəziyyətdə! – “Tam zəifləməsini gözləməliyik”
Rusiya “oyundan kənar” vəziyyətdə! – “Tam zəifləməsini gözləməliyik”
Yusif Nəzərli
13:36 17.11.2022
Siyasət
499
“Şimal qonşumuz nəyin bahasına olursa-olsun uzun müddət öz əsgərlərini bölgədə saxlamağa çalışır və ermənilər də onun bu istəyinə dəstək verirlər”
“Ancaq Ukrayna müharibəsi bölgədəki reallıqları ciddi şəkildə dəyişdirib və əvvəlki gücündə olmayan Rusiyanın Azərbaycanın qəti mövqeyinə rəğmən bu istəyini reallaşdırması asan olmayacaq”
“Tariximizin çox mühüm mərhələlərindən olan və haqlı olaraq “təslim aktı” adlandırdığımız üçtərəfli bəyanatın imzalanmasından iki il keçdi. Azərbaycan prezidentinin dəfələrlə qeyd etdiyi kimi 9 noyabr 2020-ci il tarixli Bəyanat təkcə atəşkəs sazişi sayıla bilməz. Çünki həmin sənəddə 3 rayonun təhvil verilməsi, erməni silahlılarının çıxarılması, kommunikasiyaların açılması və s. kimi xeyli mühüm məsələlər də öz əksini tapıb”.
Bunu “Sherg.az”a açıqlamasında Azərbaycan Alyans Partiyasının sədri Abutalıb Səmədov 9 Noyabr sülh sazişinin müddəalarının yerinə yetirilməməsindən danışarkən deyib.
O bildirib ki, bununla belə imzalanan bəyanat sülh sazişi də deyil:
“Çünki sənəddə öz əksini tapmayan xeyli sayda məsələ mövcuddur. Məhz bu səbəbdən bəyanatın imzalanmasından dərhal sonra Azərbaycan rəhbərliyi sülh sazişinin imzalanması təklifi ilə çıxış edib. Bu istiqamətdə ardıcıl işləmək qərarlılığını ortaya qoyub. Çox təəssüf ki, prezident İlham Əliyevin göstərdiyi konstruktiv yanaşma erməni tərəfinin “səyləri” nəticəsində hələlik istənilən nəticəni verməyib.. Ancaq bütün maneələrə baxmayaraq bu istiqamətdə ciddi irəliləyişin əldə olunduğunu hamı etiraf edir. Ən əsası Azərbaycan prezidentinin tutduğu qətiyyətli mövqe danışıqlar prosesini əvvəlcə ATƏT-in Minsk qrupunun, sonra isə Rusiyanın inhisarından çıxarmağa imkan verib və bu son illərin ən mühüm hadisələrindən sayılmalıdır”.
Partiya rəhbəri qeyd edib ki, bu gün ABŞ sülh danışıqlarını təşkil etmək üçün həm təklikdə heç vaxt olmadığı qədər yüksək fəallıq nümayiş etdirir, həm də Avropa İttifaqının apardığı prosesə açıq dəstəyini göstərir:
“Rusiya prezidentinin Valday forumunda və Soçi görüşündə səsləndirdiyi təxribatçı bəyanatlardan sonra “böyük qonşu”muzun “oyundan kənar” vəziyyətdə qalmaq üzrə olduğu göz qabağındadır. Bu şəraitdə yaxın gələcəkdə Vaşinqton və Aİ formatlarının birləşəcəyi və danışıqların Aİ-nin rəhbərlərindən olan Şarl Mişelin vasitəçiliyi altında davam edəcəyi tamamilə realdır.Bəyanatda nəzərdə tutulan bir neçə mühüm müddəa icra olunsa da erməni silahlıları hələ də ərazimizdən çıxarılmayıb. Bu barədə dəfələrlə səsləndirdiyimiz tələblərə cavab olaraq Paşinyan “and-aman” eləyib ki, qonşu dövlətin hərbçiləri imzalanan 9 Noyabr sənədinə uyğun olaraq çıxarılıblar və Azərbaycan ərazisində bir nəfər də Ermənistan əsgəri qalmayıb. Bölgədə mövcud olan “Qarabağ ordusu”nun tərksilah olunması barədə isə bəyanatda heç bir tələb yoxdur. Bu iddialar bir daha göstərir ki, ermənilərlə sənəd imzalayarkən son dərəcə diqqətli olmalıyıq, elə etməliyik ki, hər hansı “sərbəst yozuma” meydan verilməsin”.
Təşkilat sədrinin sözlərinə görə köçkünlərin öz yerlərinə qaytarılması barədə bəyanatda yer alan müddəanın icra olunmamasının günahı bizim üzərimizə atılır:
“ Ermənilər iddia edirlər ki, bu bənd Azərbaycan tərəfinin təqsiri ucbatından icra olunmayıb və guya biz BMT-nin Qaçqınlar üzrə Komissarlığını bölgəyə buraxmırıq. Bütün bu böhtanlara meydan verməmək, erməni yalanlarının yayılmasının qarşısını almaq üçün diplomatiya idarəmizin daha aktiv siyasət yeritməsinə, erməni yalanlarını vaxtında ifşa etməsinə ciddi ehtiyac var.
Soçi görüşü açıq şəkildə göstərdi ki, Rusiya nəyin bahasına olursa-olsun uzun müddət öz əsgərlərini bölgədə saxlamağa çalışır və ermənilər də onun bu istəyinə dəstək verirlər. Ancaq Ukrayna müharibəsi bölgədəki reallıqları ciddi şəkildə dəyişdirib və əvvəlki gücündə olmayan Rusiyanın Azərbaycanın qəti mövqeyinə rəğmən bu istəyini reallaşdırması asan olmayacaq.Amma onu da etiraf etməliyik ki, bölgəmizdə yaranmış durum Azərbaycanın daha kəskin addımlar atmasına, hətta, bəyanatın qüvvədən düşməsini elan etməsinə imkan verəcək səviyyədə dəyişməyib.
Bu səbəbdən çox diqqətli və ehtiyatlı davranmamıza və Rusiyanın bir az da zəifləməsini, Türkiyənin və ABŞ-ın bölgəyə daha çox nüfuz etməsini gözləməyimizə ciddi ehtiyac var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm