Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir - ŞƏRH
09:10 22.01.2023
İqtisadiyyat
559
Habelə enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də Çin ilə əməkdaşlığı dərinləşdirməyə hədəflənib
"Davos Forumu Azərbaycanın müsbət imicinin göstəricisidir".
"Sherg.az"ın xəbərinə görə, bu barədə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, Azərbaycan 44 günlük müharibədə qazandığı parlaq Qələbəsini təkcə siyasi-diplomatik müstəvidə həmlələri ilə deyil, həmçinin xarici iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində atdığı davamlı addımları ilə də möhkəmləndirir:
"Biz bunun əyani nümunəsini Prezident İlham Əliyevin son günlərdə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirak etməsi və dünyanın mötəbər biznes mərkəzi sayılan Davosda keçirilən beynəlxalq İqtisadi Foruma qatılmasının timsalında gördük. Maraqlıdır ki, özünü Qərbyönümlü hesab edən Ermənistanın baş naziri Nikol Paşinyan sözügedən dünya miqyaslı tədbirlərin heç birində gözə dəymir. Bu həm də ondan irəli gəlir ki, Ermənistan iqtisadi inkişaf baxımından, sərmayə qoyuluşu baxımından heç kimi maraqlandırmır. Çünki perspektivli ölkələrin sırasında yer almır. Bu baxımdan, Paşinyanın dünyanın biznes nəhənglərinə təqdim edə biləcəyi ciddi heçnə yoxdur. Azərbaycan isə yaranmış bütün fürsətlərdən maksimum dərəcədə faydalanmağa çalışır. Ölkə rəhbəri bir tərəfdən müsəlman ölkələrinin böyük maliyyə resurslarının Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilmiş ərazilərinin bərpası prosesinə cəlb edilməsi üçün mühüm addımlar atır, digər tərəfdən isə Qərb dünyası ilə, o cümlədən Avropa İttifaqı ilə iqtisadi inteqrasiyanın genişləndirilməsini prioritet istiqamət kimi diqqətdə saxlayır. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun, eləcə də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu daha da artırır".
Ə.Hüseynova görə, Prezident İlham Əliyevin Davosda Çinin CGTN televiziya kanalına verdiyi müsahibəsindən məlum oldu ki, Azərbaycan Çin ilə də iqtisadi əməkdaşlıq əlaqələrini durmadan artırmaq xəttini yürüdür:
"Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Habelə enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də Çin ilə əməkdaşlığı dərinləşdirməyə hədəflənib. Davos İqtisadi Forumu da əvvəlki kimi Azərbaycan üçün öz əhəmiyyətliliyini qoruyub saxlayır. Dövlət başçımız bu Forumun illlik toplantılarında daimi olaraq iştirak edir. Foruma qatılan digər ölkələrin liderləri və transmilli şirkətlərin rəhbərləri ilə silsilə görüşlər keçirir. Ölkəmizdə həyata keçirilən iri layihələrə xarici investisiyaların cəlb edilməsi, habelə yeni əməkdaşlıq imkanlarının birlikdə nəzərdən keçirilməsi üçün səy göstərir. Davos İqtisadi Forumu ölkəmizin iqtisadi imkanlarını nümayiş etdirməklə bərabər, həmçinin Azərbaycanı tanıtmaq baxımından da olduqca əlverişli platformadır. Postsovet ölkələrinin bir çoxunun liderləri bu imkandan məhrumdur. Bunun da ən müxtəlif obyektiv-subyektiv səbəbləri var. Paşinyanın sözügedən foruma hansı səbəblərdən qatılmadığını yuxarıda qeyd etdik. Vladimir Putin isə Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətinə görə Davos Zirvəsinə qatılmaq imkanlarını itirib. Belarus lideri də Davos Forumu üçün “persona non-qrata” sayılır. Azərbaycan isə bu forum üçün öz əhəmiyyətliliyini qoruyub saxlamağı bacarıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə
Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb
15:13 12.11.2026
Gündəm
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
14:09 12.11.2026
Futbol
Aİ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək
13:54 12.11.2026
Gündəm
İrəvan TRİPP-ə görə bu qanunu dəyişir
13:52 12.11.2026
Gündəm
Daxili Qoşunların keçmiş komandanına ağır itki
13:37 12.11.2026
Hadisə
Generalın qızı hakim qarşısına çıxarılır
13:27 12.11.2026
Hadisə
Arif Mirzəyevin nəşi Azərbaycana gətirilir
12:52 12.11.2026
Mədəniyyət
Valentina Matviyenko Ermənistana xəbərdarlıq etdi
12:50 12.11.2026
Dünya
Sabah 20 dərəcə isti olacaq
12:31 12.11.2026
Ekologiya