XİN başçısı:“Ermənistanın qeyri-qanuni fəaliyyətinə hüquqi müstəvidə baxılmalıdır”
Yusif Nəzərli
10:57 28.02.2023
Aktual
699
“Ermənistanın Azərbaycanın bir zamanlar işğal altındakı ərazilərində qeyri-qanuni fəaliyyəti ilə bağlı məsələyə hüquqi müstəvidə baxılmalıdır. Bu prosesin sülh müqaviləsinin imzalanması prosesinə heç bir təsiri yoxdur, lakin bu, ayrıca müzakirə olunur”.
"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq Ermənistana qarşı dövlətlərarası arbitraj prosesinin başlamasına münasibət bildirərkən deyib.
“Bu, Azərbaycanın dövlətlərarası səviyyəyə qaldırdığı yeganə arbitraj və ya məhkəmə prosesi deyil. Bu, bizim Ermənistana qarşı qaldırdığımız yeganə iddia deyil”, - XİN rəhbəri bildirib.
Onun sözlərinə görə, Azərbaycan son 30 ildə ölkənin təbii sərvətlərinin Ermənistan tərəfindən qeyri-qanuni istismarı faktlarının toplanması prosesi üçün xeyli hazırlıq işləri görüb: “Bu, iki illik intensiv fəaliyyətdir. Burada Azərbaycanın təbii sərvətlərinin talanmasında bilavasitə iştirak etmiş Ermənistan Respublikasına qarşı tələblərin qanuniliyini sübut edən bir çox komponent var. Bəs bu prosesin sülh müqaviləsi layihəsi ilə əlaqəsi varmı? Xeyr, inanırıq ki, bunlar bir-biri ilə əlaqəli olmayan iki yoldur. Bu, bizim Ermənistana qarşı bu ərazilərdə qanunsuz fəaliyyətə görə iddialarımızdır. Hesab edirik ki, bu məsələyə hüquqi müstəvidə baxılmalıdır. Eyni zamanda, biz sülh müqaviləsi barədə danışarkən gələcək barədə düşünürük. Belə ki, bu iki prosesi bir-birinə qarışdırmırıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya
Qara dənizdəki müharibə Azərbaycana da təhlükə yaradır - ŞƏRH
18:52 11.11.2026
Dünya
Məhərrəm Müzəffərova yüksək vəzifə verildi
18:36 11.11.2026
Cəmiyyət
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
18:35 11.11.2026
Dünya