
İki əsgərimiz Azərbaycana təhvil veriləcək - Nə vaxt?
05:37 18.07.2023
Aktual
501
Ümid edirik, Brüssel də, Şarl Mişel də görüşlərdə verilən sözlərin qarantı kimi çıxış edəcək
Brüssel görüşündən sonra əsir və girovların qarşılıqlı dəyişdirilməsi ilə bağlı gözləntilər artıb Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında keçirilmiş üçtərəfli görüşdə əsir və girovların dəyişdirilməsi məsələsi də müzakirə olunub. Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel deyib. O bildirib ki, danışıqlarda saxlanılanlar məsələsi də müzakirə edilib: "Liderlər alicənablıq anlayışına sadiqliklərini bir daha təsdiqlədilər. Bununla da ehtiyatsızlıqdan qarşı tərəfə keçən əsgərlərin azad olunması asanlaşacaq. Mən hər iki tərəfdən saxlanılanların azad edilməsinin tərəfdarı olduğumu bildirdim. Həmçinin, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və minatəmizləmə üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi də müzakirə olundu. Tərəfləri mümkün qədər çox məlumat mübadiləsi aparmağa çağırdım". Xatırladaq ki, aprel ayında Naxçıvanın Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitindən dolayı yolu azaraq qarşı tərəfə keçmiş hərbi qulluqçular - Aqşin Bəbirov və Hüseyn Axundov saxlanılaraq saxta ittihamlarla mühakimə olunublar. Hər iki əsgərimiz "cinayətkar və diversant" ittihamları ilə həbs olunub.
Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Sherg.az"a deyib ki, sonuncu görüşdən və verilən bəyanatlardan sonra əsir və girovların qarşılıqlı dəyişdirilməsi ilə bağlı gözləntilər artıb. Hüquq müdafiəçisinin sözlərinə görə, Avropa Birliyi Şurasının prezidenti Şarl Mişelin bəyanatından Brüssel görüşünün pozitiv atmosferdə keçməsi aydın olur:

"Təsadüfi deyil ki, görüşdən sonra Ermənistan mediasında İrəvan hökuməti sərt tənqid atəşinə tutuldu. Görünür, Baş nazir Nikol Paşinyan görüşdə daha konstruktiv mövqe nümayiş etdirib. Əsir və girovlar məsələsinin də görüşün əsas müzakirə predmeti olması müsbət haldır. Naxçıvan istiqamətində sərhədi keçən və Ermənistan tərəfində əsir edilən iki əsgərimizin dəyişdirilməsi gözləniləndir. Ancaq bunun ən tez zamanda baş verəcəyini də əminliklə söyləmək çətindir. Çünki adətən Ermənistan bəzi görüşlərdə formal olaraq pozitivlik nümayiş etdirir. Sonradan isə sözündən geri durur və əlavə təxribatlara əl atır. Günlərdir şərti sərhədlərdə, o cümlədən Qarabağda baş verən təxribatlar da Ermənistanın güvənilir tərəfdaş olmadığını göstərir. Buna rəğmən, inanmaq istəyirik ki, iki əsgərimiz Azərbaycana təhvil veriləcək. Ümid edirik, Brüssel də, Şarl Mişel də görüşlərdə verilən sözlərin qarantı kimi çıxış edəcək. Rəsmi Bakının humanist jestləri kifayət qədər çox olub. Əfsuslar ki, qarşı tərəfdən bunun qarşılığını görməmişik. Şübhə yox ki, İrəvanın əsir etdiyi, saxta ittihamlarla həbsə atdığı əsgərlərimizi Azərbaycana qaytarması sülh prosesinə müsbət ab-hava qatacaq".
Oxşar xəbərlər
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
01:58 09.11.2026
Zaur Məmmədov: “Qarabağ Zəfəri Azərbaycanın dövlətçilik strategiyasının təntənəsidir”
20:22 08.11.2026
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya