24 saata xilas edildi: Diş iltihabı ölümlə üz-üzə qoydu
10:26 25.07.2024
Hadisə
447
Bitlisin Tatvan bölgəsində diş ağrısı şikayəti ilə Van Yüzüncü İl Universitetinin Dursun Odabaş Tibb Mərkəzinə müraciət edən gənc xanımın halını görən həkimlər heyrətə gəlib.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Bitlisin Tatvan bölgəsi, Dibəkli kəndində yaşayan 23 yaşlı Qəmzə Kılıçər dəhşətli diş və baş ağrılarına dözməyərək həkimə müraciət edib. Müayinə zamanı onun döş qəfəsində infeksiya əmələ gəldiyi müəyyən edilib. Həkimlər infeksiyanın dişdə əmələ gəlmiş iltihabdan qaynaqlandığını müəyyənləşdiriblər. Qərara alınıb ki, təcili cərrahi müdaxilə edilməlidir. Cərrah, professor Fuat Sayır tərəfindən cərrahi əməliyyat gerçəkləşib. 3 saat davam edən əməliyyat zamanı döş qəfəsində formalaşmış infeksiya aradan qaldırılıb. Əməliyyat haqqında danışan həkim deyib ki, xəstəyə 24-48 saat ərzində təcili cərrahi müdaxilə vacib idi. Əks halda infeksiya bədənə yayılaraq gənc xanımın ölümünə səbəb ola bilərdi: “Əməliyyat zamanı çox diqqətlə döş qəfəsinə müdaxilə etdik, orada formalaşmış infeksiyanı kənarlaşdıra bildik. Bu infeksiyaya səbəb xanımın dişinin uzun müddət ağrıması, diş dibində iltihablaşma yaranması, buna rəğmən dişin müalicə edilməməsi, zamanla iltihabın döş qəfəsinə yayılmasıdır. Xəstənin həyatı təhlükə altında idi. Onu xilas edə bildik”. Professor qeyd edib ki, diş iltihabı – diş apsesi, dişin kökündə əmələ gələn iltihabdır. Bu, çox təhlükəlidir. Bəzən insanlar diş ağrısına adi ağrı kimi yanaşır, evdə müxtəlif vasitələrlə diş ağrısını azaltmağa çalışırlar. Bunlar təhlükəli hallardır. Diş iltihabı ölümlə də nəticələnə bilir: “Kimsə “diş ağrısıdır, keçib gedər”, deyib bunu sadə məsələ hesab etməsin. Diş iltihabı döş qəfəsi boşluqlara yayılaraq çox ciddi, ağır vəziyyət yarada, yüzdə 70 faiz ölümə səbəb ola bilir. İltihabın döş qəfəsi boşluğuna yayılması tibdə “mediastinit” adlanır. Bu halda xəstəyə təcili cərrahi əməliyyat edilməsi vacibdir. Yoxsa xəstə ölə bilər. Qəmzə Kılıçər bir neçə gün diş ağrısı çəkib. Sonra üzü şişib, bundan sonra həkimə müraciət ediblər. Həkimlər bunun diş iltihabı olduğunu və daxili orqanlara yayılma ehtimalının ola biləcəyini bilərək bizim xəstəxanaya göndəriblər. Belə halda xəstə 24-48 saat ərzində əməliyyat olunmalıdır. Şükür ki, xanımın həyatını xilas edə bildik. Hazırda müalicəsi davam edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində güclü zəlzələ oldu
19:52 22.10.2026
Dünya
“Naxçıvan Aqroservis” ASC-nin sədri həbs edilib
19:44 22.10.2026
Hadisə
Çinin qərbində 7,1 bal gücündə zəlzələ oldu
19:23 22.10.2026
Dünya
Bakı ilə sülh olmadan sərhəd açılmayacaq - Hasan Oktay
18:25 22.10.2026
Cənubi Qafqaz
Türkiyədə Hüseyn Cavidin “Pyeslər” kitabı nəşr olundu
18:12 22.10.2026
Ədəbiyyat
Birgə məlumat: 25 il əvvəl törədilmiş qətlin üstü açıldı
18:10 22.10.2026
Hadisə
Albaniya parlamentində deputatlar arasında əlbəyaxa dava düşüb
17:52 22.10.2026
Dünya
Ekoloji cinayətlərə görə İrəvan məsuliyyət daşımalıdır - ŞƏRH
17:50 22.10.2026
Gündəm
Keyt Middlton iş başında: Tacını çıxardı, dəbilqəsini taxdı
17:40 22.10.2026
Dünya
Ukrayna əhalisinin sayı 28,5 milyon nəfərə düşdü
17:04 22.10.2026
Dünya
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya