Bayramov Mordue görüşü-Pərdəarxası
12:55 11.12.2023
Gündəm
450
Ceyhun Bayramov Aİ rəsmisi ilə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edib.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Brüsseldə Avropa İtifaqının Şərq Tərəfdaşlığı proqramı çəçivəsində Aİ Şurası prezidentinin xarici siyasət üzrə baş müşaviri Simon Mordue ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Bildirilib ki, qarşılıqlı əməkdaşlığı, həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.
Görüşü “Sherg.az”a şərh edən politoloq Aytən Qurbanova bildirib ki, Avropa İttifaqı ilə əməkdaşlıq hər zaman Azərbaycan Respublikasının xarici siyasət konsepsiyasında mühüm istiqamətlərdən biri olaraq dəyərləndirilir:
“Eləcə də, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində önəmli və etibarlı tərəfdaş olması faktı artıq hərkəsə məlumdur. Ona görə də, qarşılıqlı əlaqələr nisbətində rəsmi Brüsselin sülh danışıqlarında vasitəçilik missiyasını icra etməsi ilkin mərhələdə bizim üçün arzuolunan və dəsrəklənən seçimlərdən biri idi. Amma çox təəssüflər olsun ki, həm Avropa İttifaqının bəzi institusional orqanlarının, həm də bir sıra üzvlərinin qərəzli mövqeyi və əsassız çıxışları Azərbaycanı bu seçimdən uzaqlaşdıran amil oldu”.
Politoloq sözügedən görüşün həm qarşılıqlı əməkdaşlıq perspektivinin, həm də Ermənistan ilə davam sülh danışıqlarının müzakirə edilməsi zədələnmiş etimadın bərpası üçün zəmin ola biləcəyini vurğulayıb:
“Digər tərəfdən isə Avropa İttifaqının son zamanlarda Ermənistan vasitəsilə regiona nüfuz etmək cəhdlərinin artması faktını nəzərə aldıqda, onun danışıqlar prosesində erməni tərəfinə təsir imkanları istisna edilmir. Ona görə də, belə görüşlər çərçivəsində aparılan müzakirələr ümumilikdə sülh prosesinə də təsir imkanlarını özündə ehtiva edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual