
Dünya fakt qarşısındadır
18:57 10.02.2024
Gündəm
759
Üç supergücün dövlət başçılarının İlham Əliyevi təbrik etməsi təsadüf sayılmamalıdır Bu amil Azərbaycanın dünya arenasında hansı əhəmiyyətə malik olduğunu bir daha sübuta yetirir
Azərbaycanda 7 fevralda keçirilən növbədənkənar Prezident seçkilərində səsvermə başa çatandan və “ekzit-poll”un nəticələri elan olunandan dərhal sonra bir çox dövlət başçıları Prezident İlham Əliyevi təbrik etməyə başladılar. Diplomatik etiket qaydalarına görə, dövlət başçıları, monarxlar, hökumət liderləri yeni seçilən prezidenti təbrik etməlidir. Ekspertlərə görə, dövlət başçısı İlham Əliyevə gələn təbriklər arasında diqqətçəkən məqamlar var. Prezidenti Tacikistan rəhbəri İmaməli Rəhman, Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev, Qırğız Prezidenti Sadır Japarov, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şövkət Mirziyayev təbrik etdi. Analitiklərin fikrincə, Mərkəzi Asiya ölkələri liderlərinin Prezidenti ilk təbrik edənlərdən olması bir daha ölkəmizin region dövlətləri ilə münasibətlərinin yüksək səviyyədə inkişafından xəbər verir.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, tarixi, mədəni, dini-etnik bağlar hazırda iqtisadi, siyasi, hərbi əməkdaşlıqla pərçimlənib. Onun sözlərinə görə, rəsmi Bakı üçün Mərkəzi Asiya ölkələri olduqca vacibdir:

"Bakı bu ölkələrlə əlaqələri həm beynəlxalq, regional təşkilatlar səviyyəsində, həm də ayrı-ayrılıqda ikili münasibətlər kontekstində inkişaf etdirir. Mərkəzi Asiya ölkələri də bu gün Azərbaycana qiymət verir, münasibətlərin çoxşaxəli inkişafında maraqlıdır. Təsadüfi deyil ki, 44 günlük İkinci Qarabağ müharibəsi, habelə lokal xarakterli antiterror tədbirləri fonunda bu ölkələr Azərbaycana tam dəstək nümayiş etdirib, Ermənistanın yaratmağa çalışdığı beynəlxalq təzyiq və sanksiya blokuna qoşulmaqdan imtina etmişdi. Prezident İlham Əliyev Mərkəzi Asiya ölkələrində sevilir, hörmət görür. Bunu onun həmin regiona səfəri zamanı da görmək olur. Əksər region ölkələrinin hökumətləri və dövlət başçıları ilə şəxsi dostluq münasibətləri olan ölkə başçısının yenidən prezident seçilməsi həm də bu baxımdan vacibdir. İkincisi, Prezidenti Türkiyə, Çin, Rusiya liderləri də təbrik etdilər. Bu üç ölkənin istər region, istərsə də qlobal müstəvidə yeri, çəkisi, nüfuzu hər kəsə bəllidir. Sevindirici haldır ki, hazırda üç ölkə ilə də Azərbaycanın münasibətləri yüksək səviyyədədir. Burada Prezident İlham Əliyevin səyləri, atdığı addımlar və şəxsi bağlantıları müstəsna əhəmiyyət kəsb edir".
Ekspert qeyd edib ki, Türkiyə Azərbaycanın rəsmi səviyyədə tanınan tək müttəfiqidir: "Rusiya ilə isə müxtəlif sahədə əməkdaşlıq edirik, hətta Kremli uğurlu tərəfdaş da adlandırmaq olar. Çinə gəldikdə isə rəsmi Pekin hazırda yeni dünya nizamında aparıcı supergüc və yüksələn ulduzdur. Bakının belə bir güclə birlikdə hərəkət etməsi regionda marağı olan və israrla gərginlik yaratmaq istəyən digər güclərin balanslaşdırılması, habelə çəkindirilməsi baxımdan mühüm önəm daşıyır. Xüsusilə qeyd edim ki, Çin lideri Si Szinpin Prezident İlham Əliyevi özünün dostu hesab edir. Təbrik məktubunda da bu məqamın vurğulanması bir daha diqqət çəkir. Çin liderinin diplomatik etiket qaydalarından əlavə dostluq faktorunu qabartması olduqca vacibdir. Bir çox ölkələrin, xüsusilə də üç supergücün dövlət başçısının İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik etməsi Azərbaycanın dünya arenasında hansı əhəmiyyətə malik olduğunu bir daha sübuta yetirir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
16:50 22.10.2026
Sağlamlıq
Məhkəmə Kamran Əsədov və Gündüz Abbasova xəbərdarlıq edib
15:56 22.10.2026
Hadisə
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
15:33 22.10.2026
Dünya
Fransada etiraz aksiyaları qadağan ediləcək
15:17 22.10.2026
Dünya
Brüsseldə mühüm danışıqlar: Azərbaycan Avropadan nə gözləyir?
15:11 22.10.2026
Gündəm
Güzgüdəki mən niyə özünüzdən fərqli görünür?
14:45 22.10.2026
Sağlamlıq
Yeddi ölkənin xarici işlər naziri İrana görə Türkiyədə toplanır
14:37 22.10.2026
Dünya
Şamonda virusundan ilk insan ölümü qeydə alındı
14:35 22.10.2026
Dünya
Yeni müharibənin anonsu verildi - Ordu İrana yaxınlaşır
14:06 22.10.2026
Gündəm
Türkiyə-Azərbaycan münasibətləri öz gücünü qoruyur -ŞƏRH
13:59 22.10.2026
Siyasət
“Walla”: İranla müharibə ehtimalı artır
13:28 22.10.2026
Dünya
Rusiya və Ukrayna hərbçilərin meyitlərini dəyişdirib
13:26 22.10.2026
Dünya