Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
16:07 03.05.2024
Dünya
406
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) istənilən halda Avrasiyada təhlükəsizliyin təmin edilməsi üçün effektiv struktur olaraq qalacaq.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Ermənistanın qurumu tərk etməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.
“Biz qəti əminik ki, istənilən halda KTMT Avrasiyada təhlükəsizliyin, eləcə də ona üzv olan dövlətlərin təhlükəsizliyinin təmin edilməsinə cavabdeh olan effektiv strukturdur və belə də qalacaq”, - diplomat bildirib.
Eyni zamanda Zaxarova qeyd edib ki, təşkilatdan çıxma məsələsinə dair suallar rəsmi İrəvana ünvanlanmalıdır.
Diplomat həmçinin vurğulayıb ki, Moskva İrəvanın öz xarici siyasət kursunu müəyyənlədirmək, o cümlədən təşkilatdakı gələcəyi ilə bağlı qərar vermək kimi suveren hüququna şübhə etmir.
“Xatırladıram ki, təşkilatın nizamnaməsinin 19-cu maddəsində qurumdan çıxmaq imkanı təsbit olunub ki, bu halda dövlət KTMT çərçivəsində öz öhdəliklərini həll etdikdən sonra ən geci 6 ay əvvəl rəsmi bildiriş göndərməlidir. Bildiyimizə görə, təşkilata qarşı hər hansı ittihamlar səsləndirilsə də, tərəfdaşlar tərəfindən üzvlüklə bağlı yeni addımlar atılmayıb. Nəticədə Ermənistan KTMT-nin tamhüquqlu iştirakçısı olaraq qalmaqda davam edir və müvafiq öhdəlikləri, o cümlədən 1992-ci il Kollektiv Təhlükəsizlik Müqaviləsi və təşkilatın 2002-ci il nizamnaməsində nəzərdə tutulmuş öhdəlikləri daşıyır”, - Zaxarova izah edib.
Mənbə: TASS
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol