
Analitik: Azərbaycan-Pakistan münasibətləri iki xalqın qarşılıqlı etimadı halına gəlib
12:44 30.05.2024
Siyasət
448
Mayın 30-da xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidentinin vəzifələrini icra edən, Senatın sədri Sayed Yusuf Raza Gilani ilə görüşüb.
XİN-in məlumatına görə, görüş zamanı, Azərbaycan və Pakistan strateji tərəfdaşlığından irəli gələn məsələlər ilə yanaşı, regional və beynəlxalq vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov dost və qardaş Pakistana rəsmi səfəri zamanı göstərilən qonaqpərvərliyə görə təşəkkür edərək, ölkələrimiz arasında bu kimi səfər və təmasların mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
Azərbaycan və Pakistan arasında zəngin ikitərəfli, o cümlədən regional və beynəlxalq platformalar çərçivəsində çoxtərəfli əməkdaşlıq gündəliyinin uğurlu inkişafının məmnunluq doğurduğu qeyd olunub. Xüsusilə, müdafiə, iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, turizm kimi sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin, habelə inkişaf üçün potensialın mövcudluğu vurğulanıb.
Dövlətlərimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığa hər iki ölkənin parlamentləri arasında mövcud əlaqələr və təmasların töhfə verdiyi diqqətə çatdırılıb.
Regional və beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı (QH), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində qarşılıqlı dəstək və fəaliyyət məmnunluqla qeyd olunub.
Bununla yanaşı, digər müxtəlif regional çoxtərəfli formatlarda əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Postmünaqişə dövründə mövcud regional vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, keçmiş münaqişə zamanı, habelə hazırkı şəraitdə göstərilən siyasi və mənəvi dəstəyə görə Pakistana təşəkkür edib.
Hazırda işğaldan azad olunmuş ərazilərdə görülən genişmiqyaslı bərpa işləri, habelə Azərbaycan və Ermənistan arasında aparılan normallaşma və sülh danışıqlarından bəhs edən nazir Ceyhun Bayramov, ölkəmizin hər iki istiqamət üzrə fəaliyyətinin regional sülh və sabitliyə hesablandığını diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov, eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq və danışıqlar prosesi barədə qarşı tərəfi məlumatlandıraraq, iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyimizi bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Səfəri “Sherg.az” dəyərləndirən hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Azərbaycan xarici brokratiyasında müəyyən balans siyasəti həyata keçirilir:

“Yəni Bakı heç kimlə qarşı-qarşıya gəlməmək, tərəfdaşlıq formalaşdırmaq və bloklararası münaqişədən qaçmaq siyasəti yürüdür. Digər tərəfdən Azərbaycanın xarici siyasətində bəzi ölkələrlə əlaqələr prioritet halını alıb. Məsələn, Türkiyə və Pakistanla qarşılıqlı əlaqələr bunun bir örnəyidir. Pakistan Azərbaycan ərazilərini işğal edib, xalqımızın başına gətirdiyi müsibətlərə görə Ermənistanı dövlət olaraq tanımaqdan imtina edib. Eyni zamanda, müxtəlif diplomatik iqtisadi kanallar vasitəsilə Azərbaycana dəstəyini əsirgəməyib. Azərbaycan-Pakistan münasibətləri iki xalqın qarşılıqlı etimadı halına gəlib. Ceyhun Bayramovun Pakistana səfəri və orada danışılan məsələlər bir növ iki dövlət əlaqələrinin davamıdır. Azərbaycanın yerləşdiyi gərgin geosiyasi reallıqda Pakistan kimi ölkələrlə münasibətlər gücümüzə güc qatan amillərdəndir. İslam dünyasında nüvə silahına malik olan yeganə ölkə Pakistandır. Pakistanın hərbi sənayesi də kifayət qədər inkişaf edib. Eynilə Pakistan ordusunun gücünə görə də dünyanın ön sıralarında dayanır. Dünyada bəzi dövlətlərin dini mübarizələr şəraitində xarici siyasətini müəyyən etdiyi reallıqlar fonunda əhalisinin dini etiqadı İslam dininə məxsus olan Azərbaycanın Pakistanla isti münasibətləri qlobal münaqişələrin həlllində də güc formalaşdırması kömək edir. Azərbaycan-Pakistan əlaqələri bütövlükdə qarşılıqlı əlaqələr fonunda çox əhəmiyyət kəsb edir”.
Oxşar xəbərlər
Türkiyə səfiri: "Azərbaycanla münasibətlərimiz tarixdə ən yüksək mərhələni yaşayır"
16:00 11.05.2026
İlham Əliyev: "44 gün ərzində bizə təzyiq göstərənlər arasında nüvə dövlətləri var idi"
14:20 10.05.2026
Xəbər lenti
Hamısına bax
Minsk Qrupunun sükutla keçən 30 ili: Bakının ƏDALƏTİ zəfər çaldı
18:38 11.05.2026
Gündəm
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm