Ali Məhkəmədə Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüş keçirilib
Yusif Nəzərli
06:50 25.07.2024
Sosial
372
Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkayanın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində Azərbaycan Respublikasının Ali Məhkəməsində olub.
Bu barədə APA-ya Ali Məhkəmədən bildirilib.
Qonaqları salamlayan Ali Məhkəmənin sədri İnam Kərimov qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətləri bütün istiqamətlərdə yüksələn xətlə inkişaf edir. Ədalət mühakiməsini həyata keçirən orqanların əməkdaşlığının ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyi bildirilib.
Qeyd edilib ki, son dövrlər Azərbaycanla Türkiyə arasında məhkəmə-hüquq sahəsində də əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Həmçinin türkdilli dövlətlərlə qarşılıqlı təcrübə mübadiləsinin daha da gücləndirilməsinin ölkəmiz üçün əsas prioritetlərdən biri olduğu, sıx əməkdaşlığın ədalət mühakiməsinin səmərəliliyinin artmasına şərait yaratdığı vurğulanıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Kadir Özkaya ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, bu münasibətlərin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edib. Məhkəmə-hüquq sahəsində əməkdaşlığın gücləndirilməsinin bütün türk dünyası üçün əhəmiyyətindən bəhs olunub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb, ölkəmizin məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər və Ali Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verilib.
Sonra qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkdilli xalqların deportasiya və soyqırım günü təsis edilməlidir
14:24 04.05.2026
Aktual
Faciəvi yanğında ölən modelyerin qızı niyə hələ də sağalmayıb?
13:56 04.05.2026
Cəmiyyət
SEPAH: Hörmüz boğazında yeni idarəetmə zonası müəyyən edilib
13:34 04.05.2026
Gündəm
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq