İcmadan Blinkenin müavininə cavab: Sülhə mane olur!
İcmadan Blinkenin müavininə cavab: Sülhə mane olur!
12:07 02.08.2024
Gündəm
440
Qərbi Azərbaycan İcması ABŞ-dan insan hüquqları məsələsində nümayiş etdirdiyi etnik və dini ayrı-seçkiliyə son qoymağı tələb edir və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırır.
Bu barədə Axar.az-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.
Belə ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin əsas müavini Yuri Kim Karneqi Sülh Fondunun təşkilatçılığı ilə ötən həftə keçirilmiş “Cənubi Qafqazda yeni regional nizam üçün ABŞ-nin rolu” adlı tədbirdə qayıdış hüququ məsələsində yanlış mövqedən çıxış edib və azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verib.
Yuri Kim Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə köçüb getmiş ermənilərin qayıdış hüququ haqqında danışdığı halda, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ barəsində bir kəlmə də deməyib.
İcma bildirib ki, bu, etnik və dini əsasda azərbaycanlılara qarşı ayrı-seçkilikdir. ABŞ rəsminin bu mövqeyi insanların hüquq bərabərliyi prinsipinə ziddir və bölgədə sülh və barışığa mane olur.
Xatırladaq ki, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsi barədə Qərbi Azərbaycan İcmasının ötən ilin aprel ayında ABŞ-nin Dövlət katibi Entoni Blinkenə göndərdiyi məktub hələ də cavabsız qalıb.
Qərbi Azərbaycan İcması beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini bir daha bəyan etməklə, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin olunması və onların dağıdılmış mədəni irsinin bərpası məqsədi uğrunda əzmlə davam edəcəyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya xəbərdarlıq etdi: Onlar məhv ediləcək!
21:24 17.11.2026
Aktual
Salyanda avtomobil 89 yaşlı piyadanı vuraraq öldürüb
21:12 17.11.2026
Hadisə
Britaniya Ukraynaya mindən çox raket verəcək
21:00 17.11.2026
Dünya
Parisdə keçirilən mitinqdə 28 min insan iştirak edib
20:37 17.11.2026
Dünya
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə