İki əsgərin Laçında itkin düşərək ölməsi ilə bağlı həbs edilən hərbçilər işgəncə və digər cinayətlərdə ittiham olunur
Yusif Nəzərli
07:01 08.08.2024
Hadisə
391
Azərbaycan Ordusunun əsgərləri Məmmədov Fərid Əjdər oğlu (23.05.2003) və Abdullayev Firdovsi Mais oğlunun (09.02.2003) 2022-ci il martın 3-də Laçın rayonu ərazisində itkin düşməsi ilə bağlı azadlıqdan məhrum edilən iki hərbçi tabeliyində olan şəxsə zor tətbiq etməkdə, işgəncə verməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar.
APA-nın xəbərinə görə, Hərbi Prokurorluğun avqustun 7-də yaydığı məlumatdan aydın olur ki, Hərbi Prokurorluğun İstintaq İdarəsində istintaqı aparılmış cinayət işi üzrə Babayev Təbriz Rasim oğluna Cinayət Məcəlləsinin 329.2.1-ci, 329.2.2-ci, 329.2.6-cı və 341.3-cü maddələri, Həməşəyev Taleh Möhübbət oğluna isə Cinayət Məcəlləsinin 341.3-cü maddəsi ilə ittiham elan edilib və iş baxılması üçün Füzuli hərbi məhkəməsinə göndərilib.
Füzuli hərbi məhkəməsinin 22.09.2023-cü il tarixli hökmü ilə Təbrik Babayev və Taleh Həməşəyev onlara elan olunmuş yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 329-cu maddəsində tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlərə görə cəza nəzərdə tutulur.
Təbriz Babayev Cinayət Məcəlləsinin 329.2.1-ci (eyni əməllər təkrar törədildikdə), 329.2.2-ci (eyni əməllər iki və ya daha çox şəxsə qarşı törədildikdə), ən acınacaqlısı isə 329.2.6-cı maddəsi (eyni əməllər işgəncə verməklə törədildikdə) üzrə təqsirli bilinib.
Bundan başqa, ona qarşı Cinayət Məcəlləsinin 341.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə də ittiham irəli sürülüb.
Azadlıqdan məhrum edilən digər hərbçi Taleh Həməşəyev isə Cinayət Məcəlləsinin 341.3-cü (Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsi üzrə təqsirli bilinib.
Qeyd edək ki, Azərbaycan Ordusunun 2022-ci il martın 3-də Laçın rayonu ərazisində itkin düşmüş əsgərləri Məmmədov Fərid Əjdər oğlu (23.05.2003) və Abdullayev Firdovsi Mais oğlunun (09.02.2003) meyitlərinin qalıqları Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında təmsil olunan aidiyyəti dövlət qurumları tərəfindən aparılmış axtarış-araşdırma işləri nəticəsində 2024-cü il iyulun 3-də Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində aşkarlanaraq götürülüb.
Həyata keçirilmiş kompleks istintaq tədbirləri, məhkəmə-tibb və kriminalistik tədqiqatlarla müəyyən edilib ki, həmin əsgərlər 3 mart 2022-ci ildə Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun olmasından istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər.
Hər iki əsgər bu gün dəfn olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
17:17 17.11.2026
Ölkə
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial