
Politoloq: Müharibə zamanı müdafiə nazirinin dəyişdirilməsi radikal qərardır
Yusif Nəzərli
01:04 07.11.2024
Dünya
480
İsrail müxalifətinin arqumenti haqlıdır
İsrailin Baş naziri Benyamin Netanyahu gecə saatlarında müdafiə naziri Yoav Qallantı vəzifəsindən azad edib, yerinə xarici işlər naziri İsrail Katzı təyin edib. Katz deyib ki, əsas vəzifəsi Qəzzadakı israilli girovların qaytarılmasından ibarətdir: "Məni müdafiə naziri təyin etməklə göstərdiyi etimada görə Baş nazir Netanyahuya təşəkkür edirəm. Düşmənlərimiz üzərində qələbəni gücləndirmək və müharibənin məqsədlərinə nail olmaq üçün birlikdə çalışacağıq. Qəzzada HƏMAS-ın məhv edilməsi, Livanda Hizbullahın məğlubiyyəti, İranın təcavüzkar fəaliyyətinin qarşısını almaq, şimal və cənub sakinlərinin evlərinə qayıdışını təmin etmək əsas vəzifəmizdir”. Netanyahunun müdafiə naziri Yoav Qallantı vəzifədən azad etməsindən sonra aksiyalar başlayıb. Etirazçılar Netanyahunun iqamətgahı qarşısında da toplaşıblar və polislə toqquşma yaşanıb. Müxalifət də müharibə gedən ölkədə müdafiə nazirinin işdən çıxarılmasına etiraz edib. Məlumata görə, Netanyahu Baş Qərargah rəisi Herzi Halevi və Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Barı da vəzifədən azad etmək niyyətindədir.
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, İsrail müxalifətinin arqumenti haqlıdır. Müharibə zamanı müdafiə nazirinin dəyişdirilməsi radikal qərardır. Lakin bu qərar iki mühüm hadisə fonunda verildi. Həmin hadisələr ABŞ-də prezident seçkilərinin keçirilməsi və İsrailin İrana gözlənilənin əksinə məhdud xarakterli cavab verməsidir:

"İran-İsrail gərginliyi fonunda Təl-Əvivin İranın nüvə obyektlərini hədəfə alması və məhv etməsi gözlənilirdi. Hətta bu gediş fonunda regionda İsrail-İran müharibəsinin başlayacağı ehtimalları vardı, lakin bu baş vermədi. Aydındır ki, ABŞ bu məsələdə İsrailə veto qoydu. Hətta İrana İsrailin hücumuna cavab verməməsi ilə bağlı xəbərdarlıq edildi. Xəbərdarlıqda bu dəfə “İsrailin qarşısını ala bilməyəcəyik” deyilməsi də vəziyyətin ciddiliyindən xəbər verir. ABŞ-nin İsraili xəbərdar etdiyi təəssüratı yaransa da, Netanyahunun gecə saatlarında müdafiə naziri Yoav Qallantı vəzifəsindən azad etməsi fərqli mətləblərdən xəbər verir. Görünür, Netanyahu Vaşinqtonun xəbərdarlığını dinləməyib və İranın nüvə obyektlərinə zərbə vurmaq əmrini verib. Amma Yoav Qallant, Herzi Halevi və Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Ronen Bar bu əmrə əməl etməyib".
Siyasi şərhçiyə görə, Netanyahu ehtimal ki, buna görə Qallantı vəzifəsindən uzaqlaşdırıb:
"İkinci məsələ isə bu qərarın ABŞ-də prezident seçkilərinin getdiyi zamanda verilməsidir. Netanyahu adi vaxtda belə qərar versə, Vaşinqton qarşı çıxa bilərdi. Buna görə də məhz indi bu qərarı verdi. Aydın məsələdir ki, seçki prosesi və sonrası Vaşinqtonun başı qarışıq olacaq. İsrail isə yeni prezidentin seçilməsi fonunda atacağı addımlara hazırlıq görür. ABŞ prezident seçkilərindən sonra İsrail-İran gərginliyi yenidən arta bilər. Bu dəfə daha sərt formada..".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət