Xərçəng xəstəliyinin əsas "düşməni" açıqlandı
Yusif Nəzərli
00:48 10.11.2024
Sağlamlıq
648
"İnsanlar onkoloji xəstəliklərin müalicəsində qeyri-ənənəvi təbabətə müraciət etməklə qiymətli vaxtlarını itirirlər. Çünki həkimlər xəstəliyi nə qədər tez aşkar edib tam müalicəyə başlasalar, sağalma şansı bir o qədər çox olar".
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin xəbərdarlıq edib.
Onun sözlərinə görə, hələ indiyə qədər qeyri-ənənəvi təbabət üsulları ilə xərçəngdən sağalan heç bir xəstə görməyib, lakin belə "müalicənin" nəticələrinə şahid olub.
"Problem ondadır ki, xəstələr bu vicdansız insanların satdığı "sehrli" həbə inanarkən, xəstəliklə real mübarizəyə həsr oluna biləcək qiymətli vaxtı itirirlər. Bu çox kədərli mənzərədir və təəssüf doğurur. Bir daha xatırlatmaq istəyirəm ki, xərçəngin əsas düşməni erkən diaqnostikadır", - deyə mütəxəssis bildirib.
Kaprin profilaktik müayinələrin vaxtında keçirilməsinin və şişlərin aşkarlanması üçün yaş dövrlərinə görə spesifik analizlərin verilməsinin vacibliyini xatırladıb.
"Həkimə getməkdə gecikmək, bu xəstəlikdən qurtulmaq üçün xalq təbabətinə, "şəfaverənlərə" müraciət etmək lazım deyil. Xəstəlik nə qədər tez aşkar edilsə və müvafiq müalicəyə başlansa, xəstənin sağalma şansı bir o qədər çox olar", - deyə onkoloq çağırış edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı