
Qadınlar analıq hisslərini mətbəx əşyalarının arasında itirməməlidir- Psixoloq
Yusif Nəzərli
11:29 31.03.2025
Hadisə
740
Abşeronda dəhşətli cinayət törədilib.
Hadisə rayonun Məmmədli kəndində qeydə alınıb.
Orada yaşayan, Salyan rayon sakini, 2008-ci il təvəllüdlü Səid Eldəniz oğlu Əliyev münaqişə zəminində anası, 1986-cı il təvəllüdlü Rəfiqəni bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən S.Əliyev polis tərəfindən tutulub.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, hər kəs valideyn olduğunu, analığın, atalığın nə olduğunu unutmamalı, qadınlar analıq hisslərini mətbəx əşyalarının arasında itirməməlidir:

“Əgər siz valideyinlik hissini unutmasanız övladınız da sizdən sevgini hörməti əsirgəməyəcək. Ata-ananın uşağına verə biləcəyi ən qiymətli hiss güvən hissidir. Şiddət olan ailədə gənclər çox vaxt reaksiya verə bilmirlər. Çünki bir tərəf atadır, bir tərəf ana. Nəticədə özlərinə qapanırlar, xüsusilə də oğlanlar. Ümumiyyətlə, şiddət valideynlə uşaq arasında böyük uçurum yaradır. Valideynləri ilə bölüşəcəklərini yadlara danışır, məsləhəti ata-ana qədər doğma olmayan şəxslərdən alırlar. Düzdür, o gənclər reaksiyasız qalırlar, amma sonra artıq bu, onların şüuraltına oturur və düşünürlər ki "ailə" belə olmalıdır. Şiddətin fəsadları elə uşaqlıq vaxtlarından özünü birüzə verir. Yaşanan qorxu, stress, narahatçılıq, aqressiya, yemək pozuntusu psixolojı pozğunluğa və yorğunluğa gətirib çıxardır. Sabah da o, öz ailəsində şiddət tətbiq edəcək və bunun normal olduğunu düşünəcək.Şiddət və zorakılıq törədən insanların 40 faizi vaxtiykən özləri şiddətə məruz qalanlardır. Təəssüf ki, son illərdə ailədaxili şiddətin qarşısının alinmasında bir çox işlər gorünməsinə baxmayaraq, zorakılıq hallarında bir o qədər də artım müşahidə olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya