"Daily Mail": Tramp İranı bombalamağa hazırlaşır
Yusif Nəzərli
17:47 02.04.2025
Gündəm
699
Apardığı qlobal ticarət müharibəsi ilə dünyanın siyasi və iqtisadi gündəmini dəyişən ABŞ Prezidenti Donald Tramp həm də hərbi müstəvidə addım atmağı planlaşdırır. Söhbət İrana hücumdan gedir.
Teleqraf xəbər verir ki, "Daily Mail"in müxbiri Dan Hodgesə görə, Birləşmiş Ştatlar və İsrail İrana bu ölkənin nüvə silahı proqramının yaratdığı təhlükəni həmişəlik aradan qaldırmaq üçün birgə hücuma hazırlaşır.
“İranın nüvə proqramına qarşı hərbi əməliyyat təhdidləri əvvəllər də səslənib. Amma indi etibarlı mənbələr ABŞ və İsrailin "qılıncları döymək"lə kifayətlənməyəcəklərini bildirirlər. Bir həftə əvvəl ABŞ Dieqo Qarsiyadakı Çaqos adalarındakı bazasına üç gizli "B2 Spirit" bombardmançı təyyarəsini yerləşdirdi və bu, onun ümumi bombardmançı qüvvələrini yeddiyə çatdırdı. Bu, nadir hadisədir”, - müəllif yazır.
Qeyd edək ki, martın 30-da ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı üzrə danışıqlarda irəliləyiş əldə olunmasa, iki həftə ərzində Tehrana ikinci dərəcəli tariflər tətbiq edəcəyini bəyan edib. O əlavə edib ki, saziş tamamilə rədd edilərsə, İslam Respublikası misli görünməmiş bombardmanlarla üzləşəcək.
Öz növbəsində İranın ali dini lideri Əli Xamneyi Trampın təhdidlərinə cavab verərək, ABŞ-ın hərbi müdaxilə ehtimalına inanmadığını bildirib. Onun sözlərinə görə, Vaşinqton İslam respublikasına hücuma cəhd etsə, sərt cavab alacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm