Əziz Ələkbərli: 1948-1953-cü illərdə Qərbi Azərbaycandan 150 mindən çox soydaşımız deportasiya olunub
Yusif Nəzərli
00:27 20.04.2025
Gündəm
516
Qərbi Azərbaycan İcmasının bölgələrdə Qərbi Azərbaycana qayıdış ideyasının təbliği ilə bağlı tədbirləri davam edir. Azərbaycanın dilbər guşələrindən olan Qaxda “Qərbi Azərbaycana qayıdış tarixi zərurətdir” mövzusunda elmi-praktik konfrans həyata keçirdik. Əsas məqsədimiz ondan ibarətdir ki, bölgələrdə Qərbi Azərbaycana qayıdış ideyasının təbliği, insanlara çatdırılması, soydaşlarımızın qayıdış hüququnun maarifləndirilmə baxımından yerlərdə yayılması həyata keçirilsin.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qaxda keçirilən konfransda jurnalistlərə müsahibəsində deyib.
Sovet dövründə 70 il ərzində Qərbi Azərbaycan həqiqətlərinin xalqımızın bütün təbəqələrinə çatdırmaq imkanının olmadığını diqqətə çatdıran Əziz Ələkbərli deyib: “Sovet rejimi buna imkan verməyib. Müstəqillik dövründə biz belə bir imkan əldə etmişik. Qərbi Azərbaycan icması formalaşandan sonra qarşımızda duran əsas məqsədlərdən biri də bu həqiqətlərin bütün detallarını xalqımızın bütün təbəqələrdən olan nümayəndələrinə çatdırmaq olub”.
Tədbirdə Qax rayonunda zaman-zaman məskunlaşmış Qərbi Azərbaycan əsilli soydaşlarımızın da iştirak etdiyini vurğulayan icma sədri daha sonra bildirib: “1948-1953-cü illərdə Qərbi Azərbaycandan 150 mindən çox soydaşımız Stalinin fərmanı ilə öz doğma ocaqlarından deportasiya olunub. Onlar Azərbaycanın demək olar bütün bölgələrinə səpələniblər. O cümlədən, Qax rayonunda da xeyli sayda Qərbi azərbaycanlı məskunlaşıb. Qax camaatı o çətin anlarda onlara öz qucağını açıb, onların məskunlaşması üçün əlindən gələn şəraiti yaradıb. Bizim bu tədbirimiz, eyni zamanda, Qax əhalisinə minnətdarlığımız da sayıla bilər”.
Əziz Ələkbərli qeyd edib ki, konfransın əvvəlində Qərbi Azərbaycanın dəyərləri ilə bağlı sərgi nümayiş olunub. Bu ənənənə bölgələrdə keçirilən bütün tədbirlərdə davam etdirilir. Soydaşlarımız ata-baba torpaqlarının izlərini, oradan gətirdikləri əşyaları sərgidə nümayiş etdirirlər. Bu sərgilərdə onların Qərbi Azərbaycan ərazisində yaşadıqlarını təsdiq edən sənədlər, şəxsi əşyalar nümayiş olunur. “Hesab edirəm ki, Qərbi Azərbaycana qayıdış ideyasının təbliği baxımından belə tədbirlərin çox böyük əhəmiyyəti var”,- deyə o, fikrini yekunlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət