Tramp: “Ağ Evdə bu gün böyük gündür”
14:42 18.08.2025
Gündəm
328
Bu dəfə danışıqların daha diqqətli müstəvidə aparılacağı gözlənilir
Rusiya Prezidenti Vladimir Putinlə bir neçə gün əvvəl Alyaskada görüşən Donald Tramp bu dəfə Ukrayna lideri Vladimir Zelenskini Ağ Evdə qəbul etməyə hazırlaşır.
Putinlə keçirilən, lakin konkret nəticə əldə olunmayan zirvədən sonra diqqətlər Vaşinqtondakı həlledici görüşə yönəlib.
Sherg.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Tramp ilə aparacağı mühüm sülh görüşməsindən öncə Vaşinqtonda təmaslara başlayıb. Zelenski ABŞ-nin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellogq ilə görüşüb.
ABŞ Prezidenti Tramp isə sosial şəbəkədə paylaşım edərək bildirib: “Ağ Evdə böyük gün. Heç vaxt bu qədər çox sayda Avropa liderini eyni vaxtda qəbul etməmişdik. Görək nəticələr necə olacaq.”
Trampın açıqlaması günün gedişinə dair gözləntilərin yüksək olduğunu göstərib.
Mütəxəssislərə görə, Zelenski Tramp ilə görüşdə incə bir tarazlıq saxlamalı olacaq. O, həm Ukraynanın maraqlarını qorumalı, həm də Trampı qarşısına almamalıdır. Buna görə də Avropa liderlərinin Vaşinqtona gəlməsi “tarazlaşdırıcı amil” kimi qiymətləndirilir.
Fevral ayında Oval kabinetdə keçirilən və Trampın Zelenskini “naşükürlükdə” ittiham etdiyi gərgin görüşdən sonra bu dəfə danışıqların daha diqqətli müstəvidə aparılacağı gözlənilir.
Keçən həftə Alyaskada Tramp və Rusiya Prezidenti Vladimir Putin “güclü təhlükəsizlik zəmanətləri” barədə razılığa gəldiklərini açıqlamışdılar.
Zelenskinin səfəri, fevralda Oval kabinetdə yaşanan gərginlikdən sonra Tramp ilə ilk Vaşinqton təmasları olacaq. Həmin vaxt Tramp Ukrayna liderini “naşükürlükdə” ittiham etmişdi. Lakin son aylarda ABŞ Prezidenti Rusiyaya qarşı daha tənqidi açıqlamalar verməyə başlayıb.
AFP-yə danışan bir Avropa mənbəsi bildirib ki, Tramp Rusiyanın hələ tam ələ keçirmədiyi Donbas torpaqları ilə bağlı tələblərinə “müsbət yanaşır”. Əvəzində isə Moskvanın Xerson və Zaporojye cəbhələrində mövcud xətti “dondurmağı” qəbul edə biləcəyini söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət