Arxangelskdə texnikuma hücumun təfərrüatı məlum oldu
09:36 29.09.2025
Dünya
342
Arxangelskdə texnikuma hücumun təfərrüatı məlum olub. Belə ki, 18 yaşlı hücumçu Artyom Koryukov ikinci kursdan xaric edilib, sinif rəhbəri Olqa İ. isə onun xaric edilməsi ilə bağlı pedaqoji şurada iştirak edib.
Oxu.Az bu barədə Rusiya mediasına istinadla xəbər verir.
Bildirilib ki, gənc məqsədyönlü şəkildə öz sinif rəhbərindən qisas almağa gəlib.
Hadisə şahidlərinin sözlərinə görə, Koryukov əvvəlcə rus dili müəlliminə hücum edib. Daha sonra onu dayandırmağa çalışan sosial pedaqoqu və bir tələbəni yaralayıb.
Məlumata görə, hücumdan bir neçə saat əvvəl gənc öz sosial şəbəkə hesabında radikal terror hərəkatının şüarını paylaşıb.
Yerli media yazır ki, Koryukov məktəbdə oxuduğu illərdə özünü normal aparıb. Hətta 9-cu sinifdə Mirnıy şəhər çempionatında aviamodelləşdirmə idmanı üzrə S3 və S9 raket modellərinə görə qalib də olub.
12:20
Rusiyanın Arxangelsk şəhərində dəhşətli hadisə baş verib. Belə ki, tikinti və iqtisadiyyat texnikumdan xaric edilmiş tələbə təhsil müəssisəsinə hücum edib.
Oxu.Az bu barədə glavnıy.tv-yə istinadla xəbər verir.
Bildirilib ki, hadisə səhər saatlarında baş verib. İlkin məlumata görə, ədəbiyyat müəllimi, tədris hissə müdiri və bir tələbə yaralanıblar. Zərərçəkənlərin ağır xəsarətlər aldıqları vurğulanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Gənci texnikumun digər tələbələri saxlaya biliblər. Hadisə yerində polis əməkdaşları işləyirlər.
Versiyalardan birinə görə, keçmiş tələbə təhsil müəssisəsindən xaric olunduğu üçün qisas almaq istəyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya