5 nəfər mağarada çarəsiz qalıb
11:45 08.01.2024
Hadisə
467
Yanvarın 6-da Sloveniyanın Qraxovo bölgəsindəki Krizna mağarasına daxil olan və təyin olunmuş vaxtda görüş yerinə çatmayan 5 nəfər üçün xilasetmə əməliyyatı başlayıb.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, mağarada çarəsiz qalan insanların mağaranın girişindən 2,1 kilometr aralıda olduğu, suyun səviyyəsinin çox olması səbəbindən təxliyyənin hələ həyata keçirilmədiyi bildirilib.
Sloveniya Mağara Xilasetmə Xidmətindən verilən açıqlamada yerli vaxtla saat 08:00-da Krizna mağarasına 2 bələdçi və 3 turist daxil olub. Üçüncü bələdçi qapalı qalan komandanın razılaşdırılmış görüş yerinə saat 15:00-da gəlməməsindən sonra səlahiyyətlilərə xəbər verib. Saat 17.25 radələrində mağaraya çatan Sloveniya Mağara Xilasetmə Xidməti qrupları suyun səviyyəsinin yüksək olması səbəbindən evakuasiyaya cəhd etməyib, qapalı qalanlara quru paltar və qida çatdırıblar.
Xidmətin verdiyi açıqlamada, “Krizna mağarasındakı suyun səviyyəsi qapalı vəziyyətdə qalan insanların təhlükəsiz şəkildə təxliyəsinə imkan vermir. Beş mağara dalğıcından ibarət bir qrup mağaraya qida paketləri və tələyə düşənlər üçün xüsusi quru kostyumlarla girəcək. Axşama doğru mağarada suyun səviyyəsi aşağı düşsə və hazırda keçilməz olan hissələr açılsa, həmin insanlar təxliyə olunacaq. Əgər suyun səviyyəsi o qədər yüksək olarsa ki, evakuasiya tam təhlükəsiz deyilsə, qapalı vəziyyətdə qalan insanlara qayğı göstəriləcək və mağaradan geri qaytarılacaq”.
Sloveniya Mağara Xilasetmə Xidməti dünən axşam verdiyi açıqlamada suyun səviyyəsinin aşağı düşməyə başladığını və təxliyyənin baş tuta biləcəyini bildirib.
Açıqlamada, “Qapalı qalanların vəziyyəti yaxşı və stabildir. Yemək, içki və istilik cihazları ilə kifayət qədər təchiz edilmişdir. Su yavaş-yavaş çəkilməyə başlayıb və biz ümid edirik ki, sabaha qədər şərait qapalı vəziyyətdə qalanların xilas edilməsi üçün kifayət qədər yaxşılaşacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət