Abşeronda əməliyyat: Külli miqdarda narkotik, silah...
13:47 26.06.2020
Hadisə
608
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində yaşadığı evdə külli miqdarda narkotik vasitə, odlu silah-sursat gizlədən, həmçinin narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Sherg.az-a verilən məlumata görə, əməliyyat zamanı Sumqayıt şəhərində qeydiyyatda olan, əvvəllər məhkum olunmuş Eldar Dövlətov tutularaq istintaqa təqdim olunub.
Onun Abşeron rayonu Saray qəsəbəsində yerləşən evinə baxış zamanı 500 qrama yaxın qurudulmuş marixuana, 15 qramdan artıq tiryək, elektron tərəzi və çətənə toxumları aşkar olunaraq götürülüb.
Həyətyanı sahəyə baxış zamanı Eldar Dövlətovun orada əkdiyi əlavə 4 ədəd çətənə butkisi də aşkar olunub.
İstintaq tədbirlərinin davamı olaraq müəyən edilib ki, saxlanılan şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah-sursat da gizlədib.
Polislər tərəfindən mənzilə baxış zamanı Eldar Dövlətova məxsus 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd F-1 əl qumbarası alışqanı ilə birlikdə, 49 ədəd parton, 3 ədəd patron darağı və 1 ədəd pnevmatik tapança da aşkar olunaraq götürülüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Eldar Dövlətov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təddbiri seçilib. Onun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat