Ağacın dibi asfaltlandı, nazirlik hərəkətə keçdi - FOTO
11:15 21.07.2021
Hadisə
580
Gəncə şəhəri Nizami rayonu Həsənli qardaşları 39 ünvanında çinar ağacının dibinin asfaltlanması ilə bağlı daxil olan şikayətlə əlaqədar dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun əməkdaşları əraziyə baxış keçirib və fakt təsdiqini tapıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.
Məlumata görə, Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında çinar ağacının dibi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçiləri tərəfindən asfaltdan təmizlənib və ona aqrotexniki xidmət göstərilib. Bu kimi halların baş verməməsi üçün onlara tövsiyə verilib.
Nazirlik sözçüsü onu da qeyd edib ki, yerli icra hakimiyyətləri öz ərazilərində olan yaşıllıq sahələrinə cavabdehlik daşıyır:
“Çox istərdik ki, belə halların baş verməməsi üçün onlar ərazilərindəki ağaclara həssaslıqla yanaşsınlar.
Yaşıllıq sahələrində mütəmadi monitorinqlər aparsınlar ki, ərazilərində olan yaşıllıqların vəziyyəti barədə daim məlumatlı olsunlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual