Göygöl rayonunda 33 yaşlı qadının meyiti aşkarlanıb.
Teleqraf xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
Kəlbəcər rayon sakini 1993-cü il təvəllüdlü Günay Heydərovanın Göygöldə yaşadığı evin həyətində meyiti aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göygöl rayon şöbəsinə aparılıb.
33 yaşlı qadının hansı səbəbdən ölməsi ilə bağlı rayon prokurorluğunda araşdırma başlanılıb