Astarada fərdi yaşayış evində dəhşətli yanğın: iki azyaşlı ölüb, 3 nəfər yaralanıb

Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan ucqar dağ kəndində yerləşən yaşayış evində gecə saatlarında yanğın baş verib.

Sherg.az APA-ya istinadən xəbər verir ki,  yanğın nəticəsində oğlan və qız olmaqla iki azyaşlı ölüb, üç nəfər yaralanıb.

Məlumatlara görə, 7 yaşlı Məmmədov Kənan Xətai oğlu və 4 yaşlı Məmmədzadə Zeynəb Xətai qızı yanaraq vəfat ediblər.

25 yaşlı Rəfiqə Mirzəyeva, 30 yaşlı Xətai Məmmədov və 1965-ci il təvəllüdlü İmaməddin Xanağa oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.