Avropada koronavirusun yeni dalğası başladı
03:48 26.06.2020
Hadisə
666
Ötən həftə Avropada son bir neçə ay ərzində ilk dəfə yeni növ koronavirus infeksiyasına yoluxma hallarının artdığı qeydə alınıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüqe bildirib.
Onun sözlərinə görə, son iki həftə ərzində regionun 30 ölkəsində COVID-19-la bağlı üzücü dinamika müşahidə edilib. Onların 11-də virusun sürətlə yayılmasının epidemiyanın yenidən başlamasına səbəb ola biləcəyi ehtimal olunur. Təşkilatın nümayəndəsi bildirib ki, bu proses dayandırılmazsa, bu, Avropa ölkələrinin səhiyyə sistemlərini yenidən “uçuruma aparacaq”.
Klüqe qeyd edib ki, dövlətlər məhdudiyyətləri aradan qaldırdıqca, xəstəliyə yeni yoluxma riski artır: “Avropanın bəzi ölkələrində bu risk artıq reallığa çevrilir”.
Bununla yanaşı, Klüqe Polşa, Almaniya, İspaniya və İsrail rəhbərliyinin yeni yoluxma hallarının sayının artmasına cəld reaksiya verdiyini də bildirib. O, avropalıların sosial məsafə və maskadan istifadə kimi qoruyucu tədbirlərə daha məsuliyyətli yanaşdığını da qeyd edib.
Qeyd edək ki, Avropada koronavirusa yoluxanların sayı 2,6 milyona çatıb, 190 mindən çox insan bu virusun qurbanına çevrilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat