Azərbaycanda keçmiş məmuru döyüb xəstəxanalıq etdilər
16:51 01.06.2020
Hadisə
685
Ağdaş rayon Aşağı Ləki bələdiyyəsinin keçmiş sədri 64 yaşlı Vacib Həsənov döyülüb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sabiq bələdiyyə sədrinin vəziyyəti hazırda ağırdır.
Belə ki, mayın 31-nə keçən gecə o, kənddə başqa şəxsin həyətinə girib. Ev sahibi olan xanım isə həyətə kiminsə girdiyini görərək yaxın qohumlarına məlumat verib. Həmin şəxslər köməyə gəlib və V.Həsənovu həyətdə taparaq döyüblər.
İddialara görə, eks-bələdiyyə sədri həyətdə xanımı narahat edəcək hərəkətlər edibmiş.
Nəticədə keçmiş bələdiyyə sədrinin gözünün birinin görmə qabiliyyətini itirdiyi də bildirilir. Hazırda o, Mingəçevir Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alır.
Dava zamanı Vacib Həsənovun üzərində bıçaq olub və ətrafına yığışan insanlara bıçaqla hücum etməyə cəhd edib.
Faktla bağlı Ağdaş rayon polis idarəsində V.Həsənov barəsində Cinayət Məcəlləsinin 228-ci (soyuq silah daşıma) maddəsi ilə cinayət işi başlanılıb. İstintaqın gedişatında əlavə xüsusatlar ortaya çıxarsa, ona yeni maddələrlə ittiham verilə bilər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq davam etdirilir.
Qeyd edək ki, V.Həsənov Ağdaş Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsində işləyən Qalib Həsənovun qardaşıdır. Hazırda kənddə bələdiyyə sədri isə V.Həsənovun oğlu Bəhruz Həsənovdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat