Azərbaycanda saxta pul çap edən sevgililər ələ keçdi - VİDEO
06:22 26.12.2021
Hadisə
416
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər tutulub.
Sherg.az xəbər verir ki, dekabrın 23-də iki nəfər taksi sürücüsünə və çörək sexinə 20 manatlıq saxta əsginaslar verilməsi barədə DİN-in "102" Zəng Mərkəzinə, eləcə də polis şöbəsinə müraciətlər daxil olub.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Şamil Musayev və Ağdam şəhər sakini İlahə Məmmədova saxlanılıb.
İlahə Məmmədovanın mingəçevir şəhərində kirayədə yaşadığı mənzilə baxış keçirilən zaman oradan printer avadanlığı və ümumilikdə 49 ədəd 50, 20, 5, 1 manatlıq saxta əsginaslar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində saxta pul dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.
Rayon sakini polisə müraciət edərək "Mal bazarı" adlanan ərazidə xırdabuynuzlu heyvanları satdıqdan sonra ona verilən pullardan 13 ədəd 200 manatlıq və 1 ədəd 100 manatlıq əsginasların saxta olduğu barədə məlumat verib.
Daxil olmuş məlumat əsasında keçirilmiş tədbirlərlə saxta pul dövriyyəsində şübhəli bilinən şəxsin Ağdam rayon sakini Elmir Süleymanov olduğu müəyyən edilib.Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində adıçəkilən şəxslərin izahatları alınıb, müvafiq ekspertiza təyin olunub, istintaq davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya